İsrailin şimalındakı yaşayış məntəqələri atəşə tutuldu
“Hizbullah” təşkilatının silahlı birləşmələri İsrailin şimalındakı yaşayış məntəqələrinə kütləvi raket zərbələri endirir.
Məlumata görə, çoxsaylı raket sistemlərindən 50-dən çox mərmi atılıb.
“Hizbullah” İsrailə raket zərbələrini Livan ərazisindən endirir.
Atılan raketlər İsrail Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib. 15 yaşayış məntəqəsində hava hücumu sirenləri işə düşüb.
Qeyd olunub ki, İsrailin Hava Hücumundan Müdafiə sistemləri raket və minaatan hücumunu dəf edir.
Mərmilərin Beyt Hillel, Kiryat Şmona və Misqav Amadan atıldığı bildirilir.
Yayılan məlumatlarda “Hizbullah”ın bütün bölgələrə vəhşicəsinə hücum etdiyi deyilir. Atılan raketlərin sayının 50-dən çox olduğu deyilsə də, görünən odur ki, raketlərin sayı daha çoxdur və hələ də atılmağa davam edir.
Hazırda çoxlu sayda İsrail döyüş təyyarəsi Livanı vurmağa başlayıb.