İsraillə bağlı dəhşətli fakt | ABŞ nəşrindən sensasiyalı açıqlama
“ABŞ İsrailin hərbi hədəflər adı altında etibarlı sübutu olmamasına baxmayaraq, Qəzzada yaşayış binalarını bombaladığını etiraf edib”.
Ölkənin “Washington Post” nəşrinin yaydığı məlumata görə, 2023-cü ilin oktyabrında Ağ Evdə keçirilən gizli görüşdə rəsmi Vaşinqtonun yüksəkrütbəli rəsmiləri sözügedən məsələnin üstünü açıb.
Bundan əlavə, ölkənin hazırkı və əvvəlki administrasiyalarının xarici siyasət rəsmilərindən ibarət bir qrup şəxs İsrailin HƏMAS hərbi qruplaşmasını məhv etmək planının ABŞ üçün kifayət qədər aydın olmamasını müzakirə edib.
“Biz, sözün əsl mənasında, İsrailin nə etməyə çalışdığını və ya nələri həyata keçirmək fikrində olduğunu bilmirdik”, – deyə müzakirələrdə iştirak edən rəsmilərdən biri vurğulayıb.
Qeyd edək ki, sözügedən görüş Prezident Administrasiyasının İsrailin atdığı addımlara münasibəti, tərəflər arasında mövqe baxımından fikir ayrılıqlarının olduğunu və bunun münaqişə başlamazdan əvvəl yarandığını sübut edir.
Lakin bütün bunlara baxmayaraq, İsrail ilə HƏMAS arasında 7 oktyabr tarixində münaqişə başlayandan bəri rəsmi Vaşinqton İsrailə dəstəyini ifadə edib.