İstanbul danışıqlarına dair yeni detallar açıqlandı
Ukrayna İstanbul danışıqları ilə bağlı növbəti addımlarına Rusiyanın nümayəndə heyətinin tərkibini açıqlamasından sonra qərar verəcək”.
Ukrayna Prezidenti Volodimir Zelenski belə deyib.
O qeyd edib ki, Kiyev istənilən formatda danışıqlara hazırdır və onlar heç bir görüşdən çəkinmirlər.
“Rusiya tərəfindən kimlərin gələcəyini gözləyirəm. Ukraynanın atacağı addımları bundan sonra müəyyən edəcəyik. Mediada Rusiyadan gələn siqnallar hələ inandırıcı deyil. Amma biz onu da eşidirik ki, Donald Tramp Türkiyədə olmaq imkanını nəzərdən keçirir. Ona görə də bu, ən güclü arqument ola bilər. Qarşıdakı bir həftə həqiqətən çox şeyi dəyişə bilər”, ‒ ukraynalı lider bildirib.
Zelenski sonda bir daha xatırladıb ki, indi hərbi əməliyyatların sonu Rusiyadan asılıdır.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukraynada böyük dəyişiklik gözlənilir | Zelenskinin videomüraciətində diqqətçəkən detal - CANLI
- Zelenski seçkinin 2 amildən asılı olduğunu deyib
- Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI
- Özbəkistan nümayəndə heyəti Şuşada | Putin son sözünü dedi | Paşinyandan açıqlama - YENİ BİR SƏHƏR
- “Vəsait olmasa, dron istehsalını azaltmalı olacağıq” | Volodimir Zelenski
