Pleyeri seçin:

İturidə Ebola və ərzaq böhranı minlərlə insanı risk altında qoyur

10 sentyabr 2026 231 baxış

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı Konqo Demokratik Respublikasının şərqində tüğyan edən Ebola epidemiyası ilə bağlı həyəcan təbili çalıb.

Qurum böhranın qarşısını almaq üçün bölgəyə təcili humanitar ərzaq yardımının çatdırılmalı olduğunu bəyan edib. Bu barədə "BMT Xəbərləri" portalı məlumat yayıb.

Bildirilir ki, Ümumdünya Ərzaq Proqramının Konqo Demokratik Respublikası üzrə ölkə direktoru Devid Stivenson regional epidemiya ilə bağlı mühüm açıqlamalar verib.

O vurğulayıb ki, ölümcül virusa qarşı mübarizə yalnız tibbi müdaxilə və səhiyyə xidmətləri ilə məhdudlaşmamalıdır.

Direktorun sözlərinə görə, davam edən silahlı münaqişələr, kütləvi köçkünlük və kəskin qida çatışmazlığından əziyyət çəkən yerli icmaların epidemiya qarşısında tab gətirməsi üçün ərzaq təhlükəsizliyi mütləq təmin edilməlidir.

Ölkə direktoru İturi əyalətindəki humanitar fəlakətin miqyasını rəqəmlərlə diqqətə çatdırıb. Bildirib ki, hazırda bölgədə 500 mindən çox insan aclıqla üz-üzədir.

Mövcud qida böhranının epidemiya ilə mübarizə tədbirlərini iflic etdiyini deyən Stivenson xüsusilə nəqliyyat və təhlükəsizlik baxımından çətin əli çatan ucqar ərazilərə humanitar yardımların fasiləsiz ötürülməsinin vacibliyini qeyd edib. 

Banner
2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir

2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir

Dünya
01 noyabr 2026 231 baxış
Ukrayna müharibəsinin taleyi  yenidən diqqət mərkəzindədir - Baku TV CANLI

Ukrayna müharibəsinin taleyi yenidən diqqət mərkəzindədir - Baku TV CANLI

Dünya
01 noyabr 2026 231 baxış
Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI

Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 231 baxış
Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV

Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV

Dünya
01 noyabr 2026 231 baxış
Almaniyanı etiraz dalğası bürüdü: Gərginlik pik həddə - Baku TV CANLI

Almaniyanı etiraz dalğası bürüdü: Gərginlik pik həddə - Baku TV CANLI

Dünya
01 noyabr 2026 231 baxış
ABŞ Rusiyaya Moskvada planlaşdırılan mümkün terror aktı barədə məlumat ötürüb - Baku TV CANLI

ABŞ Rusiyaya Moskvada planlaşdırılan mümkün terror aktı barədə məlumat ötürüb - Baku TV CANLI

Dünya
01 noyabr 2026 231 baxış
Nigeriyada Ebola virusuna yoluxma şübhəsi ilə iki pasiyent təcrid olunub - Baku TV

Nigeriyada Ebola virusuna yoluxma şübhəsi ilə iki pasiyent təcrid olunub - Baku TV

Dünya
01 noyabr 2026 231 baxış
İran nüvə öhdəliklərinə sadiq olduğunu və əməkdaşlığın vacibliyini vurğuladı - Baku TV

İran nüvə öhdəliklərinə sadiq olduğunu və əməkdaşlığın vacibliyini vurğuladı - Baku TV

Dünya
01 noyabr 2026 231 baxış
ABŞ Rusiyaya Moskvada mümkün terror aktı barədə xəbərdarlıq etdi - Baku TV

ABŞ Rusiyaya Moskvada mümkün terror aktı barədə xəbərdarlıq etdi - Baku TV

Dünya
01 noyabr 2026 231 baxış
İran nüvə proqramından geri çəkilib, Hörmüzdən gəmilərin keçidinə təminat verəcək? - Baku TV CANLI

İran nüvə proqramından geri çəkilib, Hörmüzdən gəmilərin keçidinə təminat verəcək? - Baku TV CANLI

Dünya
31 oktyabr 2026 231 baxış
Seçilmişlər
icon