Kadırov Putini aldatdı? | Rusiya lideri onun taleyi barədə elə bir qərar verəcək ki...
Vladimir Putinlə söhbətdən sonra Ramzan Kadırov əmindir ki, artıq onun istefası mövzusu gündəmdə deyil. Kreml isə məsələnin bu qədər sadə olmadığını bildirir.
Bunu “Kremlin sekret” “Telegram” kanalı Rusiya Prezident Administrasiyasındakı mənbəyə istinadla yayıb.
“Ramzan hiyləgərcəsinə davrandı. Ehyam və tərəddüdlərlə də olsa, Vladimir Vladimiroviçə belə bir fikir çatdırdı ki, guya o olmasa, Qafqazda, təkcə Çeçenistanda yox, bütün regionda müharibə və böyük qan töküləcək. Həmçinin radikallardan – islamçılardan və separatçılardan danışdı. Guya onlar R.Kadırovdan qorxurlar və əgər Ramzan olmasa, artıq Moskvada terror aktları törədərdilər. Vladimir Vladimiroviç bütün bunlara qulaq asdı və hələlik R.Kadırovun istefasından imtina etmək qərarına gəldi”, – mənbə bildirib.
Başqa bir mənbənin sözlərinə görə isə R.Kadırov Prezidentə sağlamlığı ilə bağlı şayiələrin şişirdildiyini, vəziyyətinin normal olduğunu bildirib.
Mənbə qeyd edir ki, Çeçenistan rəhbəri V.Putini ciddi təhlükəyə inandıra bildiyinə və buna görə də Prezidentin onun istefasını artıq düşünmədiyinə əmindir. Amma bu, reallığı əks etdirmir:
“Mən Ramzanın yerində olsaydım, sevinməyə tələsməzdim. İki ay ərzində Vladimir Vladimiroviç onun gələcəyi ilə bağlı qərar verəcək və bu qərarın R.Kadırovu sevindirəcəyinə əmin deyiləm, hər şey ola bilər”.
#Rusiya teqi istifadə olunub
- İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul etdi | Nələr müzakirə edildi? - Baku TV
- Putin Xameneinin ölümü ilə bağlı Pezeşkiana başsağlığı verdi - Baku TV
- Ermənistan layihəsi yenidən əsl sahiblərinə qaytarılır? - ANALİTİK BAXIŞ
- Rusiya Azərbaycana görə Markovu sıxışdırır?
- Britaniyadan Rusiyaya sarsıdıcı tarixi zərbə
