Pleyeri seçin:

Kiyev döyüşdən qaçanları necə qaytaracaq?

30 aprel 2024 362 baxış

Ukraynada genişmiqyaslı hərbi səfərbərliklə bağlı qanun qəbul edildikdən sonra orduya çağırış intensivləşib.

Ancaq orduya yararlı canlı qüvvə çatışmazlığı yaşandığından ölkəni tərk edən çağırış yaşlı kişilərin geri qayıtması ilə bağlı müxtəlif tədbirlərə əl atılır.

Nəzərə alsaq ki, müharibə başlayan ilk günlərdən 18-60 yaş arası hərbi mükəlləfiyyətli kişilərin ölkədən çıxışı qadağan edilib, gedənlərin əksəriyyətinin isə qaçaq yollarla ölkəni tərk etdikləri məlum olub.

Hazırda başqa ölkələrdə məskunlaşan və çağırış yaşında olan ukraynalı kişilər üçün konsulluq xidmətləri qadağandır. Onlar istənilən sənədləşmə əməliyyatları ilə bağlı Ukraynaya qayıtmalıdırlar. Ancaq bu da səfərbərlik üçün yetərli deyil. Bəziləri isə həmin şəxslərin Ukrayna vətəndaşlığından çıxarılmasını tələb edir.

Ali Radanın komitə sədri Mikita Poturayev Baku TV-yə açıqlamasında bildirib ki, xaricdə yaşayan Ukrayna vətəndaşları ilə bağlı vəziyyət qəlizdir:

“Bizim əsas məqsədimiz qeyri-qanuni yollarla xarici ölkələrə köçən vətəndaşları geri qaytarmaq deyil. İlk növbədə biz orduya yararlı Ukrayna vətəndaşlarının hansı ölkələrdə yaşadıqlarını müəyyənləşdirməliyik.

Yəni səfərbərlik baxımından potensialımızı anlamalıyıq. Bu proses zamanı həmin vətəndaşlar qayıtsalar, əlbəttə ki, bunu müsbət hal kimi qəbul etmək olar. Əgər qayıtmasalar, yenə də faciəli heç nə olmayacaq.

Əslində, onları geri qaytarmaq həm maliyyə, həm də texniki baxımdan çətin deyil. Amma fikrimcə, buna ehtiyac yoxdur. Bu vəziyyətdə Ukrayna dövləti də onlara borclu deyil”.

Qeyd edək ki, yeni səfərbərlik müddətində 400 000-dək şəxsi heyətin toplanılmasına ehtiyacın olduğu bildirilib.

Livanın cənubunda yaradılacaq "pilot zonaları" ilə bağlı müzakirələr

Livanın cənubunda yaradılacaq "pilot zonaları" ilə bağlı müzakirələr

Dünya
25 iyun 2026 362 baxış
Avropa İttifaqında rəsmi qalmaqal | Leyenə qarşı araşdırma başladı

Avropa İttifaqında rəsmi qalmaqal | Leyenə qarşı araşdırma başladı

Dünya
25 iyun 2026 362 baxış
İsti havalarda qəhvə içmək ürək-damar sisteminə necə təsir edir?

İsti havalarda qəhvə içmək ürək-damar sisteminə necə təsir edir?

Dünya
25 iyun 2026 362 baxış
Vəsait İranın nüvə materiallarının utilizasiyasına xərclənəcək

Vəsait İranın nüvə materiallarının utilizasiyasına xərclənəcək

Dünya
25 iyun 2026 362 baxış
Baş nazirlər əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Baş nazirlər əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Dünya
25 iyun 2026 362 baxış
Moda həftəsi iyunun 28-dək davam edəcək

Moda həftəsi iyunun 28-dək davam edəcək

Dünya
25 iyun 2026 362 baxış
Sensasiya: Rusiya kütləvi səfərbərliyə gedəcəkmi? - Baku TV CANLI

Sensasiya: Rusiya kütləvi səfərbərliyə gedəcəkmi? - Baku TV CANLI

Dünya
25 iyun 2026 362 baxış
İki ölkənin vahid dövlətdə birləşməsi layihəsi rəsmi müstəviyə keçir

İki ölkənin vahid dövlətdə birləşməsi layihəsi rəsmi müstəviyə keçir

Dünya
25 iyun 2026 362 baxış
Vassim Əl-Haffarın şəxsi qarajındakı nadir avtomobil modelləri

Vassim Əl-Haffarın şəxsi qarajındakı nadir avtomobil modelləri

Dünya
25 iyun 2026 362 baxış
Mütəxəssisdən hovuz mövsümü ilə bağlı vacib xəbərdarlıq

Mütəxəssisdən hovuz mövsümü ilə bağlı vacib xəbərdarlıq

Dünya
25 iyun 2026 362 baxış
Seçilmişlər
icon