Pleyeri seçin:

Kiyev görüşü zamanı diqqətçəkən məqamlar

11 may 2025 438 baxış

“Ukrayna qeyd-şərtsiz 30 günlük atəşkəsə hazırdır”.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsində tərəfləri 30 günlük atəşkəsə çağırıb. Kiyev razılaşsa da, Kreml hələlik məsələyə reaksiya verməyib.

Bəs necə oldu ki, Ukrayna davam edən danışıqlarda bir sıra razılaşdırılmayan məqamlar olmasına baxmayaraq, 30 günlük atəşkəsə hə dedi?

Bunun əsas səbəblərindən biri D.Trampın onun təklifi ilə razılaşmayan tərəfləri yeni sanksiyalarla hədələməsidir.

Fransa, Böyük Britaniya, Almaniya və Polşa liderləri mayın 10-da Kiyevə səfər edərək ABŞ liderinin atəşkəs planını müzakirə ediblər. Onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər.

Bəs görüşün sonunda nəyə nail olunub? Danışıqlardan sonra Avropa liderləri Volodimir Zelenskini razı salmağı bacarıblar. Daha sonra isə Ağ Ev rəhbərinə də məlumat verilib.

“Rusiya razılaşarsa və effektiv monitorinq təmin olunarsa, davamlı atəşkəsə yol açıla bilər”, – deyə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa açıqlayıb.

Xarici KİV-in yaydığı məlumata görə, əgər V.Zelenski və Avropa liderləri D.Trampı atəşkəsə razılaşdırmağa nail olsa, Ukrayna Rusiya ilə birbaşa sülh danışıqlarına başlaya bilər. Yazıda D.Trampın razılıqdan məmnun olduğu vurğulanıb.

Bəs Rusiya tərəfi bu təklifdən üz döndərsə, onu nələr gözləyir? Əgər bu hal baş tutsa, Avropa ölkələri Kremlə qarşı yeni sanksiyalar tətbiq edəcək.

Son olaraq isə Kiyevdə Fransa Prezidenti Emmanuel Makronun “Qətiyyətlilərin koalisiyası” çərçivəsində görüşündən sonra Ukraynalı həmkarı ilə sağollaşması diqqət çəkib. İki liderin yaxınlığı mediada müzakirə mövzusu olub.

Bu görüntülər V.Zelenski və E.Makronun yalnız müttəfiq deyil, o cümlədən yaxın dost olduqlarını deməyə əsas verir. Hətta Ukrayna Prezidenti çıxışlarından birində Fransa rəhbərini müharibə məsələləri üzrə ekspert də adlandırıb.

Netanyahu müharibənin növbəti mərhələsi haqqında fikirlərini söylədi - Baku TV

Netanyahu müharibənin növbəti mərhələsi haqqında fikirlərini söylədi - Baku TV

Dünya
16 aprel 2026 438 baxış
"İran və Livana gələcək zərbə planımız təsdiqləndi" | Eyal Zamir - Baku TV

"İran və Livana gələcək zərbə planımız təsdiqləndi" | Eyal Zamir - Baku TV

Dünya
16 aprel 2026 438 baxış
Ukrayna və İtaliyanın birgə PUA istehsalı planları növbəti mərhələdə - Baku TV

Ukrayna və İtaliyanın birgə PUA istehsalı planları növbəti mərhələdə - Baku TV

Dünya
16 aprel 2026 438 baxış
ABŞ və İran arasında danışıqların ikinci raunduna start verilir - Baku TV

ABŞ və İran arasında danışıqların ikinci raunduna start verilir - Baku TV

Dünya
16 aprel 2026 438 baxış
"Mən bunu bütün dünya üçün edirəm" | Trampın bəyanatı dünyanı silkələdi - 24 SAAT

"Mən bunu bütün dünya üçün edirəm" | Trampın bəyanatı dünyanı silkələdi - 24 SAAT

Dünya
16 aprel 2026 438 baxış
Lavrov İranı müdafiə etdi | Avropa anti-Rusiya hərbi bloku yaratmağa çalışır? - Baku TV

Lavrov İranı müdafiə etdi | Avropa anti-Rusiya hərbi bloku yaratmağa çalışır? - Baku TV

Dünya
16 aprel 2026 438 baxış
Kuba-ABŞ münasibətində yenilik | Trampın Kuba ilə bağlı planları nələrdir? - Baku TV

Kuba-ABŞ münasibətində yenilik | Trampın Kuba ilə bağlı planları nələrdir? - Baku TV

Dünya
16 aprel 2026 438 baxış
İran NATO-da parçalanma yaradır? | Avropanın Hörmüz boğazı ilə bağlı planı - Baku TV

İran NATO-da parçalanma yaradır? | Avropanın Hörmüz boğazı ilə bağlı planı - Baku TV

Dünya
16 aprel 2026 438 baxış
Sülhə doğru addım, yoxsa... | İsrail-Livan danışıqları - Baku TV

Sülhə doğru addım, yoxsa... | İsrail-Livan danışıqları - Baku TV

Dünya
16 aprel 2026 438 baxış
Ağ Ev rəhbəri müharibədə ABŞ-yə dəstək verməyən ölkələri təhdid etdi

Ağ Ev rəhbəri müharibədə ABŞ-yə dəstək verməyən ölkələri təhdid etdi

Dünya
15 aprel 2026 438 baxış
Seçilmişlər
icon