"İran və Livana gələcək zərbə planımız təsdiqləndi" | Eyal Zamir - Baku TV
İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir İran və Livana qarşı gələcək zərbə planlarını təsdiqləyib.
Onun sözlərini ordunun mətbuat xidməti yayıb.
“Mən Baş Qərargahın komandanlığı ilə birlikdə gələcək planları təsdiqlədim. Biz vəziyyətin cari qiymətləndirilməsini aparmağa və həm Livan, həm də İran üzrə planları təsdiqləməyə davam edirik”, – deyə Baş Qərargah rəisi Livanın cənubunda yerləşən İsrail hərbçilərinə baş çəkərkən bildirib.
Eyal Zamir əlavə edib ki, ordu yüksək hazırlıq vəziyyətindədir.
“İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri silahlandırılıb və hazırlanıb, hədəflər sistemlərə yüklənib. Biz dərhal güclü zərbə endirmək üçün necə hərəkət edəcəyimizi bilirik”, – deyə o bildirib.
Eyal Zamir qeyd edib ki, İsrail Müdafiə Ordusu hələ də Livanda “Hizbullah”a zərbələr endirir. Onun sözlərinə görə, İsrail hərbçiləri hazırkı əməliyyatın əvvəlindən bəri hərəkatın 1,7 mindən çox yaraqlısını məhv edib.
#İsrail Müdafiə Ordusu teqi istifadə olunub
- İsrail Müdafiə Ordusu İrana qarşı hazır vəziyyətə gətirildi - Baku TV CANLI
- SEPAH 3 ölkəyə qarşı PUA hücumu həyata keçirib
- Orduda böyük səfərbərlik planı | İsrail hökuməti icazə verdi - Baku TV
- İsrail Müdafiə Ordusundan təcili məlumat | Kimlər aradan götürüldü? - Baku TV
- İsrail Beyruta zərbə endirib | Dörd İran diplomatı həlak olub - Baku TV
