Pleyeri seçin:

Kiyevə dəhşətli hücum | Paytaxtı partlayış səsləri bürüdü - Baku TV

08 sentyabr 2026 305 baxış

Avqustun 8-də gecə və gündüz saatlarında Ukraynanın paytaxtı Kiyev yenidən kütləvi raket və dron hücumlarına məruz qalıb.

Hava hücumlarının əsas hədəfləri arasında ərzaq mərkəzləri və poçt stansiyaları olub.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəsmisi Yekaterina Pop Baku TV-nin Şərqi Avropa bürosuna bildirib ki, son 24 saat ərzində 18 saat boyunca Ukrayna paytaxtına zərbələr endirilib.

“Paytaxtda həyata keçirilən kombinə edilmiş düşmən hücumu nəticəsində iki nəfər həlak olub. Lakin irəliləyən saatlarda bu say arta bilər. Həmçinin təxminən 20 nəfərin yaralandığı məlumdur. Onlardan səkkizi paytaxtdakı tibb müəssisələrinə hospitalizasiya olunub. İki nəfərin vəziyyəti ağırdır. Digərlərinə ambulator yardım göstərilib.

Təxminən 15 çoxmənzilli bina zədələnib. Ərazilərdə zərərçəkənlərə yardım göstərilməsi üçün qərargahlar yaradılır. Bütün lazımi yardım və məsləhətlər verilir. Fövqəladə Hallar Nazirliyinin psixoloqları da fəaliyyət göstərir.

Həmçinin düşmən paytaxtda çoxsaylı bağça binalarını zədələyir və davamlı həyəcan siqnalları ilə mülki əhalini təhdid etməyə davam edir. Hazırda xilasetmə qüvvələri paytaxtın bir neçə rayonunda hücumun nəticələrinin aradan qaldırılmasını davam etdirir. Yanğınsöndürmə, konstruksiyaların soyudulması və yanğınların lokallaşdırılması işləri aparılır”, – deyə Yekaterina Pop bildirib.

Hadisə nəticəsində evinə ziyan dəyən sakinlərdən biri isə yaşadıqlarını belə ifadə edib:

“Gördüyünüz kimi, belə bir dəhşət baş verib. Mən axşamdan getmişdim, rəfiqəmin qonağı idim. Yaxşı ki, getmişəm. Gecə qonşular zəng edib dedilər ki, bizim evə raket düşüb. Gəlib gördüm, mənzilim bu gündədir. Bu evdə hamı, bütün bina zərər çəkib”.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 305 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 305 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 305 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 305 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 305 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 305 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 305 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 305 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 305 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 305 baxış
Seçilmişlər
icon