Konstitusiya və himn dəyişdirilmir | Ermənistandan “U” dönüşü
Ermənistan hakimiyyəti ölkənin himni və gerbinin dəyişdirilməsi ilə bağlı qərarı qəbul etməyib.
Bu barədə parlament sədrinin müavini Ruben Rubinyan bildirib.
Onun sözlərinə görə, hazırda hakim “Vətəndaş Müqaviləsi” partiyasının, onun parlamentdəki fraksiyasının və hökumətin bununla bağlı hər hansı qərarı yoxdur.
“Kim dedi ki, biz himni və gerbi dəyişmək istəyirik? Mən onları dəyişdirmək istəmirəm”, – deyə R.Rubinyan bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin himninin dəyişdirilməsini təklif edib. O, mətnin sonluğu ilə razılaşmadığını vurğulayıb.
“İdeologiya düzdür, sözləri ilə problemim yoxdur, amma ümumilikdə himn ölümlə bağlı sətirlə, ölümün təbliğatı ilə bitir”, – deyə N.Paşinyan qeyd edib.
Bu arada, Ruben Rubinyan N.Paşinyanın yeni konstitusiya ilə bağlı fikirlərinə də münasibət bildirib. Deyib ki, Ermənistan üçün yeni konstitusiya layihəsi mövcud deyil.