Dünya
Pleyeri seçin:

BMT Qəzza zolağında humanitar fasilə barədə ilkin razılığa gəldi

31 avqust 2024 7 baxış

BMT İsrail və HƏMAS tərəfləri ilə anklavda poliomielit əleyhinə peyvəndlərin aparılmasına icazə verilməsi üçün Qəzza zolağında humanitar fasilə barədə ilkin razılığa gəlməyə nail olub.

Bu barədə təşkilatın baş katibinin humanitar məsələlər üzrə müavini Coys Msuya açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, Qəzzadakı vəziyyəti sözlə ifadə etmək mümkün deyil:

“Qəzza ərazisinin 88%-dən çoxu evakuasiya əmri alıb. İnsanlar qeyri-müəyyən şəraitdə yaşayırlar, növbəti əmrin nə vaxt gələcəyini bilmirlər. Mülki əhali indi Qəzzanın təxminən 11%-nə bərabər olan hissəsinə getmək məcburiyyətində qalıb. İnsanların sığınacaq tapmaq üzrə mübarizəsini sözlə ifadə etmək mümkün deyil. Onlar mövcud olan hər yerdən sığınacaq kimi istifadə edirlər. Hətta Qəzza sahilində də müvəqqəti düşərgələr salınıb. Evakuasiya əmrləri beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq həyata keçirilir. Bu səbəbdən də BMT və üzv dövlətlərin çağırışı ilə İsrail Ordusunun bir sıra bölgələrdə ərazidən çıxarılma əmrləri ləğv edildi. Bu, müharibə başlayandan bəri ilk belə addımdır”.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski isə humanitar vəziyyətin nə qədər acınacaqlı olması barəsində danışıb:

“İsrailin hərbi əməliyyatı nəticəsində hər gün insan itkisi artmağa davam edir. Yalnız 23-26 avqust aralığında 170 fələstinli həlak olub, 390 nəfər isə yaralanıb. İsrailin evakuasiya əmri ərazinin 89%-ni əhatə edir. Bu isə əhalinin 90%-i deməkdir. Bu, Qəzzada humanitar yardımların tamamilə dayandırılmasına səbəb ola bilər. BMT-nin Deyr əl-Bələhdəki humanitar mərkəzi özü də evakuasiya əmri altındadır. Təşkilatın Qəzza üzrə baş koordinatoru Siqrid Kaaq may ayında orada ofisini açmağı planlaşdırırdı. Lakin görünür, yardımın çatdırılması səyləri kağız üzərində qalmağa davam edir”.

Onu da bildirək ki, sentyabrın 1-də Qəzza zolağının mərkəzində peyvəndləmə həyata keçiriləcək. Xəbərə görə, lazım gələrsə, humanitar fasilənin müddəti uzadıla bilər.

Bayden komandası və Trampın müşavirləri elə şeyləri müzakirə etdi ki... | Dünyanı silkələyən iddia

Bayden komandası və Trampın müşavirləri elə şeyləri müzakirə etdi ki... | Dünyanı silkələyən iddia

Dünya
14 yanvar 2025 7 baxış
Türkiyə kürdlərə hücum edərsə, nə baş verəcək? | Bu, dünya üçün kabusdur...

Türkiyə kürdlərə hücum edərsə, nə baş verəcək? | Bu, dünya üçün kabusdur...

Dünya
14 yanvar 2025 7 baxış
Baykal gölü ilə bağlı bu vəziyyət dünyadakı hansı təhlükənin xəbərçisidir?

Baykal gölü ilə bağlı bu vəziyyət dünyadakı hansı təhlükənin xəbərçisidir?

Dünya
14 yanvar 2025 7 baxış
Bu ölkədə internetə qoşulmaq əl yandırır | Mask sayəsində isə artıq...

Bu ölkədə internetə qoşulmaq əl yandırır | Mask sayəsində isə artıq...

Dünya
14 yanvar 2025 7 baxış
72 gün dağda qalanların möcüzəvi qurtuluşu | Gələn təyyarə onları xilas etmədi, amma... - ARAŞDIRMA

72 gün dağda qalanların möcüzəvi qurtuluşu | Gələn təyyarə onları xilas etmədi, amma... - ARAŞDIRMA

Dünya
14 yanvar 2025 7 baxış
Peskov Rusiya-Ermənistan münasibətlərindən danışdı | Bu sənədə imza atmaq…

Peskov Rusiya-Ermənistan münasibətlərindən danışdı | Bu sənədə imza atmaq…

Dünya
14 yanvar 2025 7 baxış
Bayden özünü təriflədi | Prezident kimi xalqa son müraciətində mesaj verdi ki...

Bayden özünü təriflədi | Prezident kimi xalqa son müraciətində mesaj verdi ki...

Dünya
14 yanvar 2025 7 baxış
"TikTok"la bağlı müzakirələr başlanıldı | Trampdan hakimlərə xahiş

"TikTok"la bağlı müzakirələr başlanıldı | Trampdan hakimlərə xahiş

Dünya
14 yanvar 2025 7 baxış
Rusiya Ermənistanla bağlı hərəkətə keçdi | Aİ hansı addımı atacaq?

Rusiya Ermənistanla bağlı hərəkətə keçdi | Aİ hansı addımı atacaq?

Dünya
14 yanvar 2025 7 baxış
Fransız siyasətçinin qaçqınlarla bağlı Türkiyəyə sərt ittihamına Ruttedən cavab

Fransız siyasətçinin qaçqınlarla bağlı Türkiyəyə sərt ittihamına Ruttedən cavab

Dünya
14 yanvar 2025 7 baxış
Seçilmişlər
icon