Kosmos insanı 2 dəfə cavanlaşdırır | Dünyanı şoka salan astronavt nəyi etiraf etdi?
NASA-nın 70 yaşlı astronavtı Donald Pettit bildirib ki, kosmik uçuşdan sonra Yer cazibəsinə qayıdış “təxribat” kimi hiss olunur.
Bu barədə “ArsTechnica” nəşri məlumat verib.
D.Pettit NASA-nın ən təcrübəli fəaliyyət göstərən astronavtlarından biridir. O, ümumilikdə Yerətrafı orbitdə 590 gün keçirib, bunun böyük hissəsi Beynəlxalq Kosmik Stansiyaya etdiyi üç uçuşa təsadüf edir.
Astronavt sonuncu uçuşdan Yerə qayıtdıqdan bir gün sonra, 20 aprel tarixində 70 yaşını qeyd edib.
D.Pettit bildirib ki, bir çox yaşlı insanlar kimi o da tez-tez gecələr çiyin ağrıları və boyun tutulması səbəbindən yuxudan oyanır. Lakin mikroqravitasiya bu narahatlıqların bir hissəsindən onu azad edib.
“Yatarkən sadəcə havada asılı vəziyyətdə qalırsan. Bədənin o xırda ağrıları və narahatlıqları ‒ hamısı sağalır. Özünü yenidən 30 yaşında və ağrısız, azad hiss edirsən. Buna görə mənə orbitdə olmaq xoşdur. Bu, mənim və fiziologiyam üçün möhtəşəm bir yerdir”, ‒ deyə astronavt qeyd edib.
#NASA teqi istifadə olunub
