Pleyeri seçin:

Kosovoda toqquşmalar davam edir

30 may 2023 329 baxış

Kosovonun şimalında serblərlə toqquşmalarda xəsarət alanların sayı 75 nəfərə çatıb. NATO-nun beynəlxalq missiyasının isə 20-dən çox əməkdaşı yaralanıb.

Məlumata görə, missiyanın italyan, macar kontingenti daha çox hücuma məruz qalıb və müxtəlif xəsarətlər alıblar. Missiyanın komandiri Ancelo Mişel Ristuçça bildirib ki, NATO bölmələrinə əsassız hücumlar qəbuledilməzdir və missiya mandatını qərəzsiz yerinə yetirməyə davam edəcək.

Gərginlik fonunda Serbiya Prezidenti Aleksandar Vuçiç xalqa müraciət edib. O, ölkəsinin Kosovo ilə inzibati sərhədə hərbi qüvvələr yerləşdirdiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təşkilat Qüvvələri təminatların əksinə olaraq, Kosovonun şimalında və Metoxiyadakı serbləri qoruya bilməyiblər.

Bildirilir ki, NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizlik Qüvvələri Kosovo və Metoxiyadakı Zvecan bələdiyyəsinin inzibati binası qarşısında etiraz aksiyası keçirən serblərə hücum edib. NATO qüvvələri insanlardan binadan uzaqlaşmalarını istəyiblər. Etirazçılar isə silahlı olmadıqlarını və aksiyanın dinc keçdiyini göstərmək üçün əllərini yuxarı qaldıraraq yerə oturmağa qərar veriblər. Qeyd olunur ki, bundan sonra Beynəlxalq Təhlükəsizlik Qüvvələri səsli qumbara və gözyaşardıcı qazdan istifadə edib.

Banner
Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Dünya
02 noyabr 2026 329 baxış
Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Dünya
02 noyabr 2026 329 baxış
Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Dünya
02 noyabr 2026 329 baxış
Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Dünya
02 noyabr 2026 329 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Dünya
02 noyabr 2026 329 baxış
Taxıl dəhlizi yenidən açılacaq?

Taxıl dəhlizi yenidən açılacaq?

Dünya
02 noyabr 2026 329 baxış
Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Dünya
02 noyabr 2026 329 baxış
Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Dünya
02 noyabr 2026 329 baxış
Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Dünya
02 noyabr 2026 329 baxış
Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Dünya
02 noyabr 2026 329 baxış
Seçilmişlər
icon