Kremlin sözçüsü bunu “fantaziya” adlandırdı
Kremlin sözçüsü Dmitri Peskov mətbuatda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Budapeşt görüşünə eyni təyyarədə gələcəyi ilə bağlı yayılan məlumatı “fantaziya” adlandırıb.
O bu barədə jurnalistlərə bildirib.
“Bunu fantaziya hesab edirəm”, – Kremlin nümayəndəsi müvafiq sualı cavablandırarkən deyib.
Polşa xarici işlər naziri Radoslav Sikorski bundan əvvəl bəyan edib ki, Varşava Putinin təyyarəsinin ölkənin hava məkanı vasitəsilə Macarıstana uçmasına icazə verməyə bilər.
“Polşa məhkəməsi Vladimir Putini daşıyan təyyarəni Beynəlxalq Cinayətlər Məhkəməsinə təhvil vermək üçün hökumətə Polşanın hava məkanında saxlanması barədə göstəriş verə bilər”, – nazir əlavə edib.
Beynəlxalq Cinayətlər Məhkəməsi 2023-cü il martın 17-də Vladimir Putin və Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün beynəlxalq orderlər verib. Hər ikisi ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinir. Bu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bir dövlətin rəhbərinə qarşı verilən ilk belə orderdir.
ABŞ və Rusiya prezidentlərinin görüşünün yaxın həftələrdə baş tutacağı gözlənilir.
#Rusiya teqi istifadə olunub
- Putin dünyaya elan etdi | “SSRİ-nin bərpa edilməsi...”
- Katerina Raşevskaya: "Rusiya ukraynalı uşaqları Şimali Koreyaya aparır"
- Rəsmi Moskva Sarkisyanın Putinə yazdığı məktubun dərc edilməsinə münasibət bildirdi - Baku TV CANLI
- Putindən Rusiya-Ukrayna müharibəsi barədə sensasiyalı açıqlama - Baku TV CANLI
- Böyük Britaniya və Norveç Arktikada Rusiyaya qarşı birgə donanma yaradacaq
