Lahor sakinləri çirkli havadan əziyyət çəkir
Lahorda hava çirkliliyi təhlükəli səviyyəyə çatıb. Səhər saatlarında şəhərin hava çirkliliyi müvafiq ölçülərlə 70 faizi üstələyib.
Bu Lahorun 13 milyondan çox sakini üçün ciddi sağlamlıq riski yaradır. Sıx duman örtüyü bir neçə yüz metrə qədər uzanır. Bu həm də yol hərəkəti iştirakçılarının gündəlik iş rejiminə mənfi təsir göstərir.
Mövcud şəraitlə Lahor dünyanın ən çirkli meqapolisləri siyahısındadır. Bu da sakinlərin haqlı etirazlarına səbəb olur.
Ekoloqlar çirkli hava kütlələrinin yaranmasını məişət tullantılarının yandırılması və sənaye müəssisələrindən, həmçinin nəqliyyat vasitələrindən havaya atılan qazların miqdarının artması ilə əlaqələndirirlər.
Paytaxtı Lahor olan Pəncab əyalət hökuməti vəziyyətdən çıxış yolu kimi bəzən məktəblərin fəaliyyətini də müvəqqəti dayandırmalı olur. Həmçinin həftəsonları fabrikləri bağlayaraq su şırnaqlarından istifadə edirlər.
