Pleyeri seçin:

Pakistanın keçmiş lideri ölüm təhlükəsi barədə xəbərdarlıq etdi - Baku TV

17 noyabr 2026 105 baxış

Pakistanın sabiq baş naziri, 2023-cü ildən bəri həbsdə olan İmran Xan səhhətinin pisləşməsi səbəbindən həbsxanadan sağ çıxa bilməyəcəyini bildirərək, təcili tibbi yardım üçün müraciət edib.

Bu barədə onun Pakistan Ali Məhkəməsinin sədrinə göndərdiyi məktubda deyilir.

74 yaşlı siyasətçinin sözlərinə görə, həkimlər onu beyin qanaması və ürək dayanmasına qarşı yüksək həssaslığı barədə xəbərdar ediblər.

Xan həmçinin vurğulayıb ki, onun həbsdə olan həyat yoldaşı Büşra Bibi görmə qabiliyyətini həmişəlik itirə bilər. O qeyd edib ki, məhz bu hal onu məktub yazmağa sövq edib.

Sabiq baş nazir əlavə edib ki, uzun müddət təkadamlıq kamerada saxlanılması onun psixi sağlamlığına mənfi təsir göstərib.

Pakistan hakimiyyəti ötən həftə Xanın gözlərinin müayinəsi üçün xəstəxanaya aparıldığını, bundan sonra isə yenidən kameraya qaytarıldığını bildirib.

2022-ci ildə etimadsızlıq səsverməsi nəticəsində baş nazir postunu itirdikdən sonra İmran Xan çoxsaylı korrupsiya ittihamları ilə üzləşib. Ona qarşı çıxarılan, biri istisna olmaqla, bütün ittiham hökmləri dayandırılıb və ya ləğv edilib, onlarla bağlı apellyasiya şikayətlərinə baxılır. Xan günahını inkar edir və ittihamların siyasi motivli olduğunu iddia edir. Hökumət bu iddiaları rədd edir. 

Kopyalandı
Banner
Ukraynanın gələcəyi və müharibənin taleyi ilə bağlı təmaslar intensivləşir - Baku TV CANLI

Ukraynanın gələcəyi və müharibənin taleyi ilə bağlı təmaslar intensivləşir - Baku TV CANLI

Dünya
19 noyabr 2026 105 baxış
Bir qətl, onlarla şübhəli və illərlə davam edən istintaq

Bir qətl, onlarla şübhəli və illərlə davam edən istintaq

Dünya
19 noyabr 2026 105 baxış
İsrailin Baş naziri İranla hərbi qarşıdurmanın qaçılmaz olduğunu bəyan edib - Baku TV CANLI

İsrailin Baş naziri İranla hərbi qarşıdurmanın qaçılmaz olduğunu bəyan edib - Baku TV CANLI

Dünya
19 noyabr 2026 105 baxış
Texnologiya səhmlərində satış dalğası | İnvestorlar nədən çəkinir? - Baku TV

Texnologiya səhmlərində satış dalğası | İnvestorlar nədən çəkinir? - Baku TV

Dünya
19 noyabr 2026 105 baxış
Kimyəvi silah iddiası İran–ABŞ gərginliyini yenidən alovlandıracaq? - Baku TV

Kimyəvi silah iddiası İran–ABŞ gərginliyini yenidən alovlandıracaq? - Baku TV

Dünya
19 noyabr 2026 105 baxış
Qlobal təhlükəsizlik ön planda | Görüşün dünya nizamına təsiri nə olacaq? - Baku TV

Qlobal təhlükəsizlik ön planda | Görüşün dünya nizamına təsiri nə olacaq? - Baku TV

Dünya
19 noyabr 2026 105 baxış
“Ya məni devirin, ya da sizi parlamentdən uzaqlaşdıracağam!” - AKTUAL GÜNDƏM

“Ya məni devirin, ya da sizi parlamentdən uzaqlaşdıracağam!” - AKTUAL GÜNDƏM

Dünya
19 noyabr 2026 105 baxış
Liderlər 40 dəqiqə ərzində nələrdən danışdı?

Liderlər 40 dəqiqə ərzində nələrdən danışdı?

Dünya
19 noyabr 2026 105 baxış
Ya referenduma razı olacaqlar, ya da parlament buraxılacaq?

Ya referenduma razı olacaqlar, ya da parlament buraxılacaq?

Dünya
19 noyabr 2026 105 baxış
Tərəflər bu görüşdən istədiklərini ala bildilərmi?

Tərəflər bu görüşdən istədiklərini ala bildilərmi?

Dünya
19 noyabr 2026 105 baxış
Seçilmişlər
icon