Dünya
Pleyeri seçin:
Livandakı partlayışlardan sonra Netanyahu ilk dəfə xalqa müraciət etdi
İsrailin Baş naziri Benyamin Netanyahu Livanda rabitə vasitələrinin partladılması ilə bağlı insidentlərdən sonra ilk dəfə xalqa müraciət edərək, ölkənin şimalında təhlükəsizliyi bərpa edəcəyinə söz verib.
“Artıq demişəm ki, şimal sakinlərini sağ-salamat evlərinə qaytaracağıq. Biz elə də edəcəyik”, – deyə B.Netanyahu bildirib.
Qeyd edək ki, Livanda rabitə cihazlarında silsilə partlayışlar olub. Son məlumatlara görə, partlayışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 400-dən çox insanın yaralandığı bildirilir.
Ölənlər arasında “Hizbullah” liderlərindən birinin oğlu da var.
Kopyalandı
Seçilmişlər