Pleyeri seçin:
London görüşü niyə baş tutmadı? - Ukraynanın taleyi qaranlıq qaldı
Böyük Britaniya, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri aprelin 23-də Londonda planlaşdırılan görüşü təxirə salıblar.
Bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Bildirilib ki, ABŞ dövlət katibi Marko Rubio Londona səfərdən imtina etdikdən sonra nazirlər görüşü təxirə salıblar.
Məlumata görə, planlaşdırılan görüş beş ölkənin digər yüksəkvəzifəli məmurları arasında keçiriləcək.
Bununla belə, telekanal qeyd edib ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Londondadır və çox güman ki, britaniyalı həmkarı Devid Lemmi ilə görüşəcək.
Kopyalandı
