Pleyeri seçin:

Macarıstana neft tədarükü dayandırıldı | Dəhşətli hücumun detalları üzə çıxdı

22 avqust 2025 611 baxış

Ukrayna hərbçiləri Rusiyanın Bryansk vilayətində "Uneça" neft nasos stansiyasına növbəti dəfə zərbə endirib.

Stansiya iki boru kəməri üçün neft nəql edir ki, onlardan biri də "Drujba"dır.

Ukrayna KİV-in məlumatına görə, stansiyaya Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin 14-cü alayının döyüşçüləri hücum ediblər.

Eyni zamanda Macarıstanın xarici işlər naziri Peter Siyarto Macarıstana "Drujba" boru kəməri ilə neft nəqlinin dayandırıldığını elan edib.

"Gecə xəbər daxil oldu ki, Rusiya-Belarus sərhədindəki "Drujba" neft kəməri qısa müddət ərzində üçüncü dəfə hücuma məruz qalıb. Macarıstana xam neftin nəqli yenidən dayandırılıb! Bu, ölkəmizin enerji təhlükəsizliyinə növbəti hücumdur", – deyə o özünün "Facebook" hesabında yazıb.

P.Siyarto həmçinin "Drujba"ya hücumları "müharibəyə cəlb etmək cəhdi" adlandırıb. Onun sözlərinə görə, bu heç bir nəticə verməyəcək, Macarıstan sülhün bərqərar edilməsi və milli maraqların qorunması səylərini bütün gücü ilə dəstəkləməyə davam edəcək.

Xatırladaq ki, stansiyaya bundan əvvəl bu ilin avqustun 6-sı və 13-də hücum edilib. Avqustun 18-də Rusiyanın Tambov vilayətindəki "Nikolskoye" neft nasos stansiyası hücuma məruz qalıb. Bu, "Drujba" neft kəməri ilə Avropaya tədarükün müvəqqəti dayandırılmasına səbəb olub. Avqustun 20-də Macarıstana neft tədarükü bərpa edilib.

Banner
Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 611 baxış
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 611 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 611 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 611 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 611 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 611 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 611 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 611 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 611 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 611 baxış
Seçilmişlər
icon