Pleyeri seçin:
Makrondan Trampa məsləhət | Tariflər tətbiq etməkdənsə...
Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampı qlobal idxal tariflərinin tətbiqinə dair qərarını geri çəkməyə çağırıb.
O, bunu Misirə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.
“Əgər biz daha çox iş görmək, daha çox qazanc əldə etmək və qlobal bazarda daha böyük pay sahibinə çevrilmək istəyiriksə, rəqabətqabiliyyətli olmalıyıq, islahatları davam etdirməliyik. Tariflər tətbiq etməkdənsə, innovasiyalara sərmayə qoymalı və bu yolda uğur qazanmalıyıq. Tariflərin aşağı salınmasına ümid edirik. Avropa heç vaxt xaos istəməyib”, ‒ E.Makron vurğulayıb.
Qeyd edək ki, D.Trampın Avropa İttifaqından idxal olunan mallara 20% vergi tətbiq etməsi gözlənilir.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ
- ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV
- Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI
- Arizona ştatındakı hərbi bazada atışma baş verib
- Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI
