Məxfi məktubun səbəbi | Pezeşkian Trampa hansı mesajı verdi?
İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampa məktub göndərib.
İslam Respublikasının sabiq deputatı Mustafa Kəvakibian bildirib ki, məktub Ali rəhbər Əli Xameneinin “icazəsi” ilə yazılıb.
Məktubu Trampa Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman çatdırıb.
Onun sözlərinə görə, Pezeşkian bu məktubda İranın Birləşmiş Ştatlarla “ilkin şərt və ya diktə etmədən” danışıqlara hazır olduğunu bildirib. Bundan sonra isə ABŞ-İran danışıqlarının aparılması gözlənilir.
Müəyyən razılığın əldə olunduğunu noyabrın 19-da Trampın “danışıqlar aparılır” sözləri ilə təsdiqləmək olar. Məktubun mətni isə tam açıqlanmır.
Bircə onu deyə bilərik ki, Pezeşkian məktubunda İrandakı rejimin “qarşıdurmaya can atmadığını”, regional əməkdaşlığı gücləndirmək istədiyini və “hüquqları təmin olunarsa” hələ də “nüvə mübahisəsini diplomatiya yolu ilə həll etməyə hazır olduğunu” bildirib.
Qeyd edək ki, Tehran və Vaşinqton arasında danışıqlar İsraillə 12 günlük müharibə, ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarından sonra pozulub.
#Məsud Pezeşkian teqi istifadə olunub
