Pleyeri seçin:

Min nəfər ölüb, mütəxəssislər xəbərdarlıq edir

29 iyun 2026 39 baxış

Fransada ictimai səhiyyə orqanları rekord həddə çatan isti hava dalğası nəticəsində iyunun 24-dən bəri təxminən 1000 ölüm hadisəsinin qeydə alındığını açıqlayıblar.

"Reuters"in məlumata görə, bu göstərici əvvəlki dövrlərlə müqayisədə gözləniləndən artıq ölüm hallarını əks etdirir. Ölənlərin 85 faizi 65 yaşdan yuxarı şəxslər olub.

Ən ciddi vəziyyət yüksək temperaturla bağlı ən yüksək təhlükə səviyyəsinin elan olunduğu bölgələrdə qeydə alınıb. Xüsusilə Paris və ətrafını əhatə edən İl-de-Frans regionunda evdə baş verən ölüm hallarında kəskin artım müşahidə edilib.

Səhiyyə qurumu bildirib ki, bu vəziyyət tək və sosial təcrid şəraitində yaşayan insanlara daha çox diqqət yetirilməsinin vacibliyini bir daha göstərir.

Rəsmilər qeyd ediblər ki, açıqlanan rəqəmlər hələ yekun deyil və qocalar evlərindən daxil olacaq məlumatlar nəzərə alındıqdan sonra ölüm sayının daha da artacağı istisna edilmir.

Bir neçə gün davam edən rekord istilərdən sonra bazar günü Fransanın əksər bölgələrində hava temperaturu nisbətən aşağı düşsə də, ölkənin şimal-şərq hissəsində isti hava ilə bağlı xəbərdarlıqlar qüvvədə qalır.

Fransanın səhiyyə naziri Stefani Rist bildirib ki, isti hava dalğasının sağlamlığa təsiri temperatur normallaşdıqdan sonra da 7-10 gün davam edə bilər.

Alimlər hesab edirlər ki, bu cür ekstremal isti hava dalğalarının tezliyi və intensivliyi iqlim dəyişikliyi səbəbindən artır. Son həftələrdə Avropanın bir çox ölkəsində temperatur rekordları yenilənib, nəqliyyat, enerji və səhiyyə sistemlərinin fəaliyyətində ciddi çətinliklər yaranıb.

“Bu 4 ölkənin liderləri tapşırıb ki...” | Qaluzindən Ermənistanla bağlı diqqətçəkən açıqlama

“Bu 4 ölkənin liderləri tapşırıb ki...” | Qaluzindən Ermənistanla bağlı diqqətçəkən açıqlama

Dünya
30 iyun 2026 39 baxış
Tramp benzin qiymətlərinin dərhal endirilməsini tələb edib

Tramp benzin qiymətlərinin dərhal endirilməsini tələb edib

Dünya
30 iyun 2026 39 baxış
Fransada elektrik enerjisinin qiyməti son 2 ilin ən yüksək səviyyəsinə çatıb

Fransada elektrik enerjisinin qiyməti son 2 ilin ən yüksək səviyyəsinə çatıb

Dünya
30 iyun 2026 39 baxış
Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər sanksiya deyil | Paşinyan

Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər sanksiya deyil | Paşinyan

Dünya
30 iyun 2026 39 baxış
Paşinyan İrana səfər edəcək | Ara Şahverdiyan məlumat yaydı - Baku TV CANLI

Paşinyan İrana səfər edəcək | Ara Şahverdiyan məlumat yaydı - Baku TV CANLI

Dünya
30 iyun 2026 39 baxış
İnsanlar niyə onlardan gələn siqnalları anlaya bilmir?

İnsanlar niyə onlardan gələn siqnalları anlaya bilmir?

Dünya
30 iyun 2026 39 baxış
İslamabaddan vacib diplomatik addım | Şahbaz Şərif İran və Türkiyəyə niyə gedir? - Baku TV CANLI

İslamabaddan vacib diplomatik addım | Şahbaz Şərif İran və Türkiyəyə niyə gedir? - Baku TV CANLI

Dünya
30 iyun 2026 39 baxış
Silahlı hücum nəticəsində 6 nəfər ölüb

Silahlı hücum nəticəsində 6 nəfər ölüb

Dünya
30 iyun 2026 39 baxış
Üç körpü, sursat anbarı və idarəetmə məntəqələri vuruldu

Üç körpü, sursat anbarı və idarəetmə məntəqələri vuruldu

Dünya
30 iyun 2026 39 baxış
"İsrail buna mane olmamalıdır" | Livan Prezidenti

"İsrail buna mane olmamalıdır" | Livan Prezidenti

Dünya
30 iyun 2026 39 baxış
Seçilmişlər
icon