Dünya
Pleyeri seçin:
Moskvanın mərkəzində dəhşətli atışma | Ölən və yaralananlar var
Moskvanın mərkəzində, Kremlin yaxınlığındakı “Wildberries” şirkətinin baş ofisinin girişində atışma olub.
Silahlı insident şirkətin rəhbəri Tatyana Bakalçukun həyat yoldaşı Vladislav Bakalçukun və bir qrup kişinin binaya buraxılmaması səbəbindən baş verib.
Məlumata görə, 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Şirkətdən bildirilib ki, Vladislav Bakalçuk mühafizəsi ilə birlikdə Moskvadakı “Wildberries” ofisinə qanunsuz daxil olmağa cəhd edib.
Qeyd edək ki, bir müddət əvvəl Tatyana Bakalçuk həyat yoldaşı Vladislavla boşanma prosesinin başlandığını açıqlamışdı.
Kopyalandı
Seçilmişlər