Dünya
Pleyeri seçin:

Müharibə Rusiya ərazisinə keçdi | Rusiyalılara təcili xəbərdarlıq

12 mart 2024

“Ukrayna qoşunları Rusiya ərazisinə daxil olmağa çalışıb”.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya hərbçiləri Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri ilə birlikdə Ukraynanın Belqorod və Kursk vilayətlərinin ərazisinə girmək cəhdinin qarşısını alıblar.

Məsələ ilə bağlı Kursk vilayətinin qubernatoru Roman Starovoyt da “Telegram” kanalında açıqlama verib. Bildirib ki, atışma olub, lakin heç bir irəliləyiş qeydə alınmayıb.

Onun sözlərinə görə, ölkənin Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən Ukraynaya məxsus 11 pilotsuz uçuş aparatı məhv edilib. Qubernator raket hücumu təhlükəsinin hələ də davam etdiyini bildirərək vətəndaşlara təhlükəsiz yerdə gizlənmələri barədə müraciət edib.

Yeri gəlmişkən, Rusiya “Telegram” kanallarında da ölkənin Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində şiddətli döyüşlərin getdiyi barədə məlumatlar yayılıb.

Bildirilib ki, Ukrayna tərəfdən “Pikap” avtomobillərində olan bir neçə silahlı qrup minaatanlarla hücuma keçib. Xəbərə görə, həmin silahlılar Belqorod və Kursk vilayətlərinə keçməyə cəhd göstəriblər. Məlumatda vilayətin Tetkino məntəqəsində atışma getdiyi də vurğulanıb. Sərhədə tankların yaxınlaşması da yayılan xəbərlər sırasındadır. 

Ərdoğan İran Prezidentinin vəzifəsini icra edən şəxsə zəng etdi

Ərdoğan İran Prezidentinin vəzifəsini icra edən şəxsə zəng etdi

Dünya
20 may 2024
Türkiyədə Rəisiyə görə matəm | Ərdoğan qərar verdi

Türkiyədə Rəisiyə görə matəm | Ərdoğan qərar verdi

Dünya
20 may 2024
İranda matəmlə bağlı bayraqlar yarıya qədər endirildi

İranda matəmlə bağlı bayraqlar yarıya qədər endirildi

Dünya
20 may 2024
İranın İndoneziyadakı səfirliyinin qarşısında matəm guşəsi yaradılıb

İranın İndoneziyadakı səfirliyinin qarşısında matəm guşəsi yaradılıb

Dünya
20 may 2024
İbrahim Rəisinin olduğu helikopterin qəza səbəbi açıqlandı

İbrahim Rəisinin olduğu helikopterin qəza səbəbi açıqlandı

Dünya
20 may 2024
Beynəlxalq Cinayət Məhkəməsindən Netanyahu ilə bağlı təcili açıqlama

Beynəlxalq Cinayət Məhkəməsindən Netanyahu ilə bağlı təcili açıqlama

Dünya
20 may 2024
İranın Moskvadakı səfirliyi qarşısında Rəisi belə anıldı

İranın Moskvadakı səfirliyi qarşısında Rəisi belə anıldı

Dünya
20 may 2024
Rəisinin düşdüyü faciəvi qəzanın məsuliyyəti kimlərdədir?

Rəisinin düşdüyü faciəvi qəzanın məsuliyyəti kimlərdədir?

Dünya
20 may 2024
İran Prezidentinin dəfn mərasimi ilə bağlı iclas keçirildi

İran Prezidentinin dəfn mərasimi ilə bağlı iclas keçirildi

Dünya
20 may 2024
Alman pilotdan İrandakı helikopter qəzası ilə bağlı iddialı açıqlama

Alman pilotdan İrandakı helikopter qəzası ilə bağlı iddialı açıqlama

Dünya
20 may 2024
Seçilmişlər
icon