Pleyeri seçin:
Müharibədə dəhşətli gecə | Kütləvi hücuma keçən Rusiyanın itkiləri isə...
Rusiya Silahlı Qüvvələri iyulun 9-dan 10-na keçən gecə paytaxt Kiyevə kütləvi hücumlar edib.
Paytaxt meri Vitali Kliçko bildirib ki, hadisə nəticəsində 16 nəfər yaralanıb, onlardan 10-u xəstəxanaya yerləşdirilib.
Son məlumata görə, 2 nəfər ölüb. Həlak olanlardan biri 68 yaşlı şəhər sakini, digəri isə 22 yaşlı polis əməkdaşıdır.
Hava hücumları təxminən 10 saat davam edib. Rusiya Kiyevi pilotsuz uçuş aparatları və raketlərlə atəşə tutub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, son sutka ərzində Rusiyanın 920 hərbçisi öldürülüb, 136 hərbi texnikası məhv edilib.
Rusiya Müdafiə Nazirliyindən isə vurğulanıb ki, hava hücumundan müdafiə qüvvələri gecə ərzində Ukraynaya məxsus 14 PUA-nı məhv edib. Xəsarətalan yoxdur.
Kopyalandı
#Kiyev teqi istifadə olunub
- Kiyevə dəhşətli hava hücumu | Müharibə alovlandı, Rusiya hərəkətə keçdi
- Rusiyanın PUA və raket hücumları davam edir | Ukraynada ölənlərin sayı artdı
- Zelenskidən Rusiyanın dəhşətli hücumu barədə reaksiya
- “Kiyevdəki körpülərin məhv edilməsi üçün...” | Solovyovun məqsədi nədir?
- Ballistik raketlər işə salındı | Rusiya bu əraziləri nəzarətə götürdü
