Pleyeri seçin:

Rusiyanın Xəzərdəki enerji infrastrukturu hücuma məruz qaldı

16 dekabr 2025 175 baxış

Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz uçuş aparatları bir həftə ərzində üçüncü dəfə Xəzər dənizindəki Rusiya neft hasilatı platformalarına zərbə endirib.

Bu barədə "RBK-Ukraina" mənbələrə istinadən məlumat yayıb.

Bu dəfə "Alfa" xüsusi əməliyyatlar mərkəzinin uzaqmənzilli dronları "Lukoil-Nijnevoljskneft" şirkətinin Korçagin yatağındakı platformasını vurub. Hücum nəticəsində avadanlıq zədələnib və obyektin istehsal prosesi dayandırılıb.

Qeyd edək ki, 11 və 12 dekabrda dronlarla Filanovski və Korçagin yataqlarındakı platformalara hücum edilib. Filanovski yatağı Rusiyanın və onun Xəzər dənizi sektorunun ən iri yataqlarından biridir, ehtiyatları 129 milyon ton neft və təxminən 30 milyard kubmetr qaz olaraq qiymətləndirilir.

Dekabrın 12-də həmçinin Xəzər dənizində, Kalmıkiya sahilləri yaxınlığında iki Rusiya tankeri vurulub. Ukrayna tərəfinin məlumatına görə, hədəfə alınan gəmilər silah və hərbi texnika daşıyırdı.

Zərbə endirilən Rusiya gəmilərinin "Raxmaninov" və "Askar-Sarıdja" olduğu bildirilir. Qeyd olunur ki, hər iki tanker hərbi məqsədlər üçün istifadə olunur və İran–Rusiya arasında hərbi yüklərin daşınmasında iştirak etdiklərinə görə ABŞ sanksiyaları altındadır.

SEPAH Hörmüz boğazında hücuma keçdi | Hansı hədəflər vuruldu? - Baku TV

SEPAH Hörmüz boğazında hücuma keçdi | Hansı hədəflər vuruldu? - Baku TV

Dünya
03 mart 2026 175 baxış
“Xameneidən sonra onları da...” | Ərdoğandan Yaxın Şərqlə bağlı mesaj - Baku TV

“Xameneidən sonra onları da...” | Ərdoğandan Yaxın Şərqlə bağlı mesaj - Baku TV

Dünya
03 mart 2026 175 baxış
Xameneinin ölümü İranı zəiflədəcək, yoxsa...? | Əraqçi sözünü dedi - Baku TV

Xameneinin ölümü İranı zəiflədəcək, yoxsa...? | Əraqçi sözünü dedi - Baku TV

Dünya
03 mart 2026 175 baxış
Şəhərin ortası bombalandı, 50-dən çox sakin... | İsrail Livanı vurdu - Baku TV

Şəhərin ortası bombalandı, 50-dən çox sakin... | İsrail Livanı vurdu - Baku TV

Dünya
03 mart 2026 175 baxış
SEPAH hədəflərini açıqladı, Tramp kritik rəqəmləri açıqladı - Baku TV

SEPAH hədəflərini açıqladı, Tramp kritik rəqəmləri açıqladı - Baku TV

Dünya
03 mart 2026 175 baxış
İrandan sonra növbəti hədəf bu ölkə oldu | İsrail Ordusu dayanmaq bilmir, indi də... - Baku TV

İrandan sonra növbəti hədəf bu ölkə oldu | İsrail Ordusu dayanmaq bilmir, indi də... - Baku TV

Dünya
03 mart 2026 175 baxış
İsrail İrandakı hədəfləri dəqiqliklə necə vurdu? | Gizli agent şəbəkəsi - Baku TV

İsrail İrandakı hədəfləri dəqiqliklə necə vurdu? | Gizli agent şəbəkəsi - Baku TV

Dünya
03 mart 2026 175 baxış
İranda hücumlar nəticəsində ölənlərin sayı 500-ü ötdü - Baku TV

İranda hücumlar nəticəsində ölənlərin sayı 500-ü ötdü - Baku TV

Dünya
03 mart 2026 175 baxış
İranda liderliyə qadın namizəd gətiriləcək? | Trampın rejimi dəyişdirmək planı - Baku TV

İranda liderliyə qadın namizəd gətiriləcək? | Trampın rejimi dəyişdirmək planı - Baku TV

Dünya
03 mart 2026 175 baxış
İran rəhbərliyi iclas keçirdi | Nüvə proqramı ilə bağlı açıqlama - Baku TV

İran rəhbərliyi iclas keçirdi | Nüvə proqramı ilə bağlı açıqlama - Baku TV

Dünya
03 mart 2026 175 baxış
Seçilmişlər
icon