Şəhərin ortası bombalandı, 50-dən çox sakin... | İsrail Livanı vurdu - Baku TV
İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində 52 nəfər həlak olub, 154 nəfər yaralanıb.
Bu barədə xarici kütləvi informasiya vasitələri məlumat yayıb.
Məlumatda bildirilir ki, İsrailin Beyrutun cənubuna və Livanın digər rayonlarına endirdiyi zərbələr nəticəsində azı 52 nəfər həlak olub və 154 nəfər yaralanıb.
Qeyd olunub ki, “Hizbullah” qruplaşması İsrailin şimalına raket və pilotsuz uçuş aparatları buraxandan sonra İsrail Ordusu cavab atəşi açıb.
Livanın Baş naziri Nəvaf Salam Nazirlər Kabinetinin beş saatlıq iclasından sonra müharibə və sülh barədə qərarın yalnız Livan dövlətinin əlində olduğunu bəyan edərək “Hizbullah”ın bütün fəaliyyətinin dərhal qadağan edilməsi və qruplaşmadan silahların təhvil verilməsi tələb olunub.
Daha əvvəl İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın bütün Livan ərazisindəki infrastrukturunu və şəxsi heyətini hədəf alan hücum təşkil edəcəyini bildirib.
#Hizbullah teqi istifadə olunub
- İrandan sonra növbəti hədəf bu ölkə oldu | İsrail Ordusu dayanmaq bilmir, indi də... - Baku TV
- İsrail bu ölkəyə havadan zərbələr endirdi | Raketlər işə salındı! - Baku TV
- "Hizbullah"ın qərargahları vuruldu
- “Hizbullah”a xəbərdarlıq edildi: İrana hücum olacaq, siz qarışmayın
- ABŞ "Hizbullah"ı dəstəkləyənlərə sanksiya tətbiq edib
