NATO ən böyük hərbi təlimlər keçirəcək
NATO soyuq müharibədən bəri ən böyük hərbi təlimlərini gələn il keçirməyə hazırlaşır.
Bu barədə Birləşmiş Krallığın “Financial Times” nəşri məlumat yayıb.
Xəbərdə bildirilib ki, “Sabit Müdafiəçi” adlanan təlimlərə azı 41 min əsgər və 50-dən çox gəmi cəlb ediləcək. Təlim zamanı 500-700 döyüş atışının həyata keçiriləcəyi gözlənilir.
Məlumata görə, təlimin əsas məqsədi Rusiyanın ehtimal olunan təcavüzünə qarşı hazırlıqdır.
Təlimlər 2024-cü ilin fevral və mart aylarında Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək. Sözügedən təlimlərdə hələ Alyansın rəsmi üzvü olmayan İsveç də iştirak edəcək.
Məlumat üçün bildirək ki, soyuq müharibə –sosialist düşərgəsi ölkələri və Qərb bloku dövlətləri arasında 1945–1990-cı illərdə qlobal səviyyədə geosiyasi, iqtisadi və ideoloji mübarizə şəklində davam edib. Bu qarşıdurma ikinci dünya müharibəsindən sonrakı dövrü əhatə edir.
#Rusiya teqi istifadə olunub
