Pleyeri seçin:

NATO kütləvi dron hücumlarına çözüm tapa biləcək? | HƏRBİ XRONİKA

12 sentyabr 2025 270 baxış

“Hərbi xronika” rubrikasında bu dəfə Rusiyanın Polşa hava məkanına göndərdiyi dronların yaratdığı böhran və bunun NATO-nun müdafiə qabiliyyətindəki boşluqları üzə çıxarması diqqətə çatdırılıb.

Bildirilib ki, sentyabrın 10-da Rusiya Polşa hava məkanına 19 dron göndərərək Alyansın müdafiə qabiliyyətindəki boşluqları açıq şəkildə nümayiş etdirib. Eyni gündə Ukraynaya yönəlmiş 400-dən çox dronun əksinə, bu hücum yalnız 19 dronla həm Polşanın, həm də NATO-nun nüfuzuna təsir göstərib.

Qeyd olunub ki, Polşanın Hava Hücumundan Müdafiə sistemləri və NATO müttəfiqlərinin müdaxiləsi nəticəsində yalnız 4 dron məhv edilib. Qalan 15 dron isə dərinliklərə nüfuz edərək potensial təhlükə yarada bilib.

Hücum zamanı Niderlandın “F-35” qırıcıları ucuz “Gerbera” dronlarını zərərsizləşdirmək üçün hər biri 2,8 milyon dollar dəyərində raketlərdən istifadə edib. Bu isə müdafiə vasitələrinin hücum vasitələrindən 280 dəfə baha başa gəlməsini ortaya qoyub.

Ekspertlər bildirirlər ki, NATO üzvü ölkələrin şərq cinahında Hava Hücumundan Müdafiə sistemlərinin inteqrasiyasının olmaması və siyasi amillər Alyansın cavab reaksiyalarını zəiflədir. Bu balanssızlıq ucuz dronlara qarşı bahalı müdafiə vasitələrinin iqtisadi səmərəsizliyini göstərir.

Ekspertlər vurğulayırlar ki, yalnız siyasi qətiyyət və strateji investisiyalar Alyansın kütləvi dron hücumlarına qarşı effektiv müdafiəsini təmin edə bilər.

Eyni şəhər üzərində həm Ukrayna, həm də Rusiya bayrağı | Müharibədə son vəziyyət - Baku TV

Eyni şəhər üzərində həm Ukrayna, həm də Rusiya bayrağı | Müharibədə son vəziyyət - Baku TV

Dünya
04 dekabr 2025 270 baxış
Türkiyəli nazirdən Rusiya və Ukraynaya çağırış

Türkiyəli nazirdən Rusiya və Ukraynaya çağırış

Dünya
04 dekabr 2025 270 baxış
Katerina Raşevskaya: "Rusiya ukraynalı uşaqları Şimali Koreyaya aparır"

Katerina Raşevskaya: "Rusiya ukraynalı uşaqları Şimali Koreyaya aparır"

Dünya
04 dekabr 2025 270 baxış
Rəsmi Moskva Sarkisyanın Putinə yazdığı məktubun dərc edilməsinə münasibət bildirdi - Baku TV CANLI

Rəsmi Moskva Sarkisyanın Putinə yazdığı məktubun dərc edilməsinə münasibət bildirdi - Baku TV CANLI

Dünya
04 dekabr 2025 270 baxış
Zaxarova od püskürdü | “Brüssel vampirləri” istəyirlər ki...”

Zaxarova od püskürdü | “Brüssel vampirləri” istəyirlər ki...”

Dünya
04 dekabr 2025 270 baxış
“O İran rəsmilərinin həbsi...” | İsrail nəşrində qalmaqallı məqalə

“O İran rəsmilərinin həbsi...” | İsrail nəşrində qalmaqallı məqalə

Dünya
04 dekabr 2025 270 baxış
Putin şərtlərlə razılaşmadı, yeni təklif... | Gündəmi sarsıdan görüşün məxfi detalları - Baku TV

Putin şərtlərlə razılaşmadı, yeni təklif... | Gündəmi sarsıdan görüşün məxfi detalları - Baku TV

Dünya
04 dekabr 2025 270 baxış
Sinan Akçıl Burcu Kıratlı ilə ayrılığı barədə bunları ilk dəfə dedi

Sinan Akçıl Burcu Kıratlı ilə ayrılığı barədə bunları ilk dəfə dedi

Dünya
04 dekabr 2025 270 baxış
Böyük Britaniya və Norveç Arktikada Rusiyaya qarşı birgə donanma yaradacaq

Böyük Britaniya və Norveç Arktikada Rusiyaya qarşı birgə donanma yaradacaq

Dünya
04 dekabr 2025 270 baxış
Makron Pekinə böyük nümayəndə heyəti ilə yollanıb

Makron Pekinə böyük nümayəndə heyəti ilə yollanıb

Dünya
04 dekabr 2025 270 baxış
Seçilmişlər
icon