Pleyeri seçin:
NATO-nun baş katibi Ərdoğana təşəkkür etdi: Nyu-Yorkda mühüm müzakirə
NATO baş katibi Yens Stoltenberq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin Nyu-York şəhərində görüşüblər.
Bu barədə baş katib “X” hesabında paylaşım edib.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Nyu Yorkda görüşməkdən məmnunam. Biz terrorla mübarizəmizin daha da gücləndirilməsini müzakirə etdik və mən Türkiyənin Qara dənizdə taxıl müqaviləsini canlandırmaq üçün gördüyü işlərə görə ona təşəkkürümü bildirdim. Eyni zamanda,Vilnüsdə də razılaşdırıldığı kimi, Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyü məsələsinə ən qısa zamanda baxacaq”, – deyə NATO baş katibi Stoltenberq paylaşımında bildirib.
Kopyalandı
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Erməni politoloq Ərdoğanın açıqlamasını belə şərh etdi
- Peskov Rusiyanın istəyini açıqladı | Kirkorov axtarışa verildi | Ukraynaya yardım - YENİ BİR SƏHƏR
- Ərdoğan Qara dənizdə mülki gəmilərə edilən hücumlardan danışdı - Baku TV CANLI
- Aİ ölkələrindən sülhə dəstək | Zelenskinin Berlin diplomatiyası nəyə hesablanıb? - YENİ BİR SƏHƏR
- Ərdoğanla Putin Türkmənistanda nələrdən danışıb? - Baku TV CANLI
