Pleyeri seçin:

NATO ölkələri müharibəyə belə qoşuldu? | Rusiyanın hücumundan sonra qalmaqallı detal

10 sentyabr 2025 125 baxış

“Rusiyanın Polşaya hücumu müharibə aktıdır”.

Bunu ABŞ konqresmeni Co Vilson “X” hesabında yazıb.

“Prezident Donald Trampın Ağ Evdə Prezident Karol Navrotskini qəbul etməsindən bir həftə keçməmiş Rusiya İranın “Şahid” PUA-ları ilə NATO müttəfiqi Polşaya hücum edir. Bu, müharibə aktıdır və biz hərbi cinayətkar Vladimir Putinin azad və məhsuldar xalqlara qarşı davam edən səbəbsiz təcavüzünə NATO müttəfiqlərinin çevik reaksiyasına görə minnətdarıq”, – deyə Co Vilson bildirib.

Konqresmen D.Tramp Administrasiyasını sanksiyaları davam etdirməyə çağırıb:

“Mən Prezident D.Trampı Rusiyanın döyüş maşınının iflasına səbəb olacaq və Ukraynanı Rusiyanı vura biləcək silahlarla təchiz edəcək məcburi sanksiyalarla cavab verməyə çağırıram. V.Putin artıq Ukraynada ana və körpələri bombalayarkən uduzmaqla kifayətlənmir, o, indi birbaşa NATO ərazisində bizim qətiyyətimizi sınayır. V.Putin deyib ki, Rusiya sərhəd tanımır. Azad və firavan xalqlar Rusiyaya sərhədləri öyrədəcək”.

Qeyd edək ki, bundan əvvəl Polşa hava məkanını pozan Rusiya pilotsuz təyyarələrini vurub. NATO-nun Hava Hücumundan Müdafiə sistemləri də işə salınıb. Pozuntunu “təcavüz aktı” kimi qələmə verən Varşava ilk dəfə olaraq qonşu ölkəsində müharibəyə müdaxilə edib.

“Polsat News” televiziyasının məlumatına görə, pilotsuz təyyarə ölkənin qərbindəki Viriki bölgəsinə zərbə endirib. Hücum zamanı xəsarət alan olmayıb.

Polşa Hərbi Komandanlığı həmçinin bildirib ki, Ukraynanın qərbi ilə sərhəddə Rusiyanın hücumu zamanı pilotsuz təyyarələr Polşanın hava məkanını dəfələrlə pozub. Radarlar 10-dan çox obyekti izləyib. Hərbçilər təhdidlərin “zərərsizləşdirildiyini” elan ediblər.

Polşa yaxınlıqdakı bölgələrin sakinlərini evdə qalmağa çağırıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın bir gecədə 415 pilotsuz uçan aparat və 40 raket atdığını bildirib.

Putindən SSRİ və Yuqoslaviya barədə açıqlama

Putindən SSRİ və Yuqoslaviya barədə açıqlama

Dünya
17 dekabr 2025 125 baxış
Ukraynanın aqibəti necə olacaq?

Ukraynanın aqibəti necə olacaq?

Dünya
17 dekabr 2025 125 baxış
Xarici qoşunlar və sanksiyalar yenidən Kremlin gündəmində

Xarici qoşunlar və sanksiyalar yenidən Kremlin gündəmində

Dünya
17 dekabr 2025 125 baxış
Alimlər "cəhənnəm"i tapdılar

Alimlər "cəhənnəm"i tapdılar

Dünya
17 dekabr 2025 125 baxış
Məktəblinin amansız qətlinə görə təcili tədbir | Tacikistan Rusiyaya nota verdi - Baku TV

Məktəblinin amansız qətlinə görə təcili tədbir | Tacikistan Rusiyaya nota verdi - Baku TV

Dünya
17 dekabr 2025 125 baxış
Ölkəyə səs salan qandonduran qətl | Öldürülən məktəbliyə görə təcili tədbir

Ölkəyə səs salan qandonduran qətl | Öldürülən məktəbliyə görə təcili tədbir

Dünya
17 dekabr 2025 125 baxış
Zelenski sülh təklifinin rədd ediləcəyi təqdirdə ABŞ-dən gözləntisini açıqlayıb

Zelenski sülh təklifinin rədd ediləcəyi təqdirdə ABŞ-dən gözləntisini açıqlayıb

Dünya
17 dekabr 2025 125 baxış
Benzema sevgilisi ilə görüşmək üçün Luvr muzeyini icarəyə götürdü

Benzema sevgilisi ilə görüşmək üçün Luvr muzeyini icarəyə götürdü

Dünya
17 dekabr 2025 125 baxış
Rusiyada saxlanılan ukraynalı əsirlərə humanitar yardım göstərilib

Rusiyada saxlanılan ukraynalı əsirlərə humanitar yardım göstərilib

Dünya
17 dekabr 2025 125 baxış
Lukaşenko Alyaska sammitindən əvvəl Trampa məsləhət verib

Lukaşenko Alyaska sammitindən əvvəl Trampa məsləhət verib

Dünya
17 dekabr 2025 125 baxış
Seçilmişlər
icon