Dünya
Pleyeri seçin:

Netanyahuya qarşı bu hərəkətlərinə görə həbs olundular | ABŞ-də qalmaqal

25 iyul 2024

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfər edib. Bir sıra görüşlər keçirən hökumət rəhbəri Vaşinqtonda təşkil olunun iclasda da çıxış edib.

O, açıqlamasında ölkəsinin İranla mübarizə apardığını vurğulayıb. Netanyahu bununla yalnız İsraili yox, ABŞ-ni qoruduğunu da iddia edib.

Benyamin Netanyahu çıxışında həmçinin ABŞ Prezidenti Cozef Baydenə təşəkkür edib: “40 ildən artıqdır ki, Prezident Baydenlə bir-birimizi tanıyırıq. Mən ona İsraillə olan dərin dostluğuna və özünün də dediyi kimi qürurlu sionist olduğuna görə minnətdarlığımı bildirmək istəyirəm”.

Baş nazirin sözügedən görüşü bir sıra maraqlı məqamlarla da yadda qalıb. Netanyahunun uğursuz siyasətinin əlaməti olaraq Konqresdəki Demokratların əksəriyyəti Baş nazirdən öncə palatanı tərk edib.

Digər hadisə onun iclasdakı çıxışı ərəfəsində yaşanıb. Belə ki, toplantıda iştirak edən qonaqlardan 6-sı Netanyahunun nitqinə mane olduqlarına görə həbs edilib. Buna səbəb isə onların atəşkəsə və girovların qaytarılmasını nəzərdə tutan razılaşmanın imzalanmasına çağıran köynəkləri nümayiş etdirmələri olub. Sözügedən şəxslərin arasında bir nəfər Fələstin əsilli ABŞ-li deputat Rəşidə Tlaib də olub.

Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi isə İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Konqresindəki çıxışını kəskin tənqid edərək, bunu Nümayəndələr Palatasının tarixində “ən pis” çıxış adlandırıb.

Etirazlar bununla da yekunlaşmayıb. Kapitolidən kənarda da kifayət qədər gərgin bir vəziyyət hökm sürüb. Minlərlə etirazçı iclası boykot edərək əllərində atəşkəs şüarları ilə küçələrə axışıb. Netanyahu isə bütün bunların qarşısında iğtişaş iştirakçılarını “İranın faydalı axmaqları” adlandırıb.

Kamala Harris Trampla söhbətini etiraf etdi | Debat baş tutacaq?

Kamala Harris Trampla söhbətini etiraf etdi | Debat baş tutacaq?

Dünya
26 iyul 2024
Türkiyənin gücü artdı | Dünyada ən güclü hava qüvvələrinə malik ölkələr açıqlandı

Türkiyənin gücü artdı | Dünyada ən güclü hava qüvvələrinə malik ölkələr açıqlandı

Dünya
26 iyul 2024
Müharibə ancaq belə bitə bilər, Zelenski isə... | Keçmiş müşavirdən açıqlama

Müharibə ancaq belə bitə bilər, Zelenski isə... | Keçmiş müşavirdən açıqlama

Dünya
26 iyul 2024
Ukrayna PUA-larla Belqoroda zərbələr endirdi | Ölən və yaralananlar var

Ukrayna PUA-larla Belqoroda zərbələr endirdi | Ölən və yaralananlar var

Dünya
26 iyul 2024
İstanbul sahilində partlayıcı yüklənmiş skuter kimə aiddir? | Detallar açıqlandı

İstanbul sahilində partlayıcı yüklənmiş skuter kimə aiddir? | Detallar açıqlandı

Dünya
26 iyul 2024
Putin və Bəşər Əsəd Kremldə görüşdü | Əsas diqqət nəyə yönəldi?

Putin və Bəşər Əsəd Kremldə görüşdü | Əsas diqqət nəyə yönəldi?

Dünya
26 iyul 2024
Ermənistandan təcili açıqlama | 500 milyon dollarlıq silahlarla…

Ermənistandan təcili açıqlama | 500 milyon dollarlıq silahlarla…

Dünya
25 iyul 2024
Şübhəli şəxslər ələ keçdi | Türkiyənin 13 vilayətindən əməliyyat görüntüləri

Şübhəli şəxslər ələ keçdi | Türkiyənin 13 vilayətindən əməliyyat görüntüləri

Dünya
25 iyul 2024
Etirazçılar “silah”larını işə saldı | Netanyahunun bu səfəri aləmi bir-birinə qatdı

Etirazçılar “silah”larını işə saldı | Netanyahunun bu səfəri aləmi bir-birinə qatdı

Dünya
25 iyul 2024
Netanyahunun bu açıqlaması qalmaqal yaratdı | Rəfahda ölənlərin heç biri...

Netanyahunun bu açıqlaması qalmaqal yaratdı | Rəfahda ölənlərin heç biri...

Dünya
25 iyul 2024
Seçilmişlər
icon