Dünya
Pleyeri seçin:

Nüvə zərbələri atıla bilər, bu sənəddə deyilir ki... | Pentaqon nəyə hazırlaşır?

12 sentyabr 2024

ABŞ Müdafiə Nazirliyi və yerli şirkət arasında nüvə silahının kənd təsərrüfatı sektoruna təsiri ilə bağlı araşdırma aparmaq üçün bağlanan müqavilə bu cür vəziyyətlərin modelləşdirilməsinin əhatə dairəsini Şərqi Avropa ölkələri və Rusiyaya genişləndirməyi təklif edir.

Bu barədə Pentaqonun sənədlərində yazılıb. RİA Novosti-nin sənədə istinadən qeyd etdiyi kimi, podratçıdan Şərq Blokunun bir hissəsi olan keçmiş ölkələri də əhatə etməklə nüvə silahından istifadənin nəticələrinin modelləşdirilməsinin coğrafi miqyasını genişləndirmək üçün proqram təminatı və kompüter kodundan istifadə etmək tələb olunur.

Bundan əlavə, Şərqi Avropa və Qərbi Rusiyadan kənarda yerləşən regionlar üçün proqram kodunun yenilənməsindən danışılır. Bildirilib ki, müqavilənin dəyəri 34 milyon dollardır, sifarişçi isə ABŞ Ordusu Mühəndislər Korpusudur.

Bundan əvvəl, sentyabrın 9-da ABŞ-nin 1987-1991-ci illərdə SSRİ-dəki səfiri Cek Metlok bildirmişdi ki, ABŞ və Rusiya arasında münaqişə nüvə zərbələrinin atılmasına gətirib çıxara bilər. Metlok qeyd edib ki, bu vəziyyətdə hökumətin səhvləri nüvə münaqişəsinə səbəb ola bilər. Onun sözlərinə görə, “hər iki tərəf nüvə silahını işə salandan sonra səhv etmək çox asan olur”.

Agentlik xatırladıb ki, sentyabrın 1-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Qərbin hərəkətlərinə görə Rusiyanın nüvə doktrinasını dəyişəcəyini bildirmişdi. O qeyd edib ki, nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı işlərin nə vaxt başa çatacağını hələlik söyləmək mümkün deyil. Ryabkov vurğulayıb ki, bu proses Rusiyanın milli təhlükəsizliyinin təmin edilməsinin ən mühüm məsələlərinə aiddir.

İranın Suriyadakı səfirliyinin əməkdaşı necə öldürüldü | Qandonduran insidentin detalları

İranın Suriyadakı səfirliyinin əməkdaşı necə öldürüldü | Qandonduran insidentin detalları

Dünya
21 dekabr 2024
Türkiyəni silkələyən hadisə | Polisin silahdan istifadəsi müzakirələrə səbəb oldu

Türkiyəni silkələyən hadisə | Polisin silahdan istifadəsi müzakirələrə səbəb oldu

Dünya
21 dekabr 2024
Kazanda yaşayış binaları vuruldu, hökumət hərəkətə keçdi | Dəhşətli görüntülər

Kazanda yaşayış binaları vuruldu, hökumət hərəkətə keçdi | Dəhşətli görüntülər

Dünya
21 dekabr 2024
Ay görün necə və nə vaxt yaranıb | Bilinməyən faktlar açıqlandı

Ay görün necə və nə vaxt yaranıb | Bilinməyən faktlar açıqlandı

Dünya
21 dekabr 2024
Rusiyada çoxarvadlılığa icazə verildi | Qoyulan şərtlər isə görün nələrdir

Rusiyada çoxarvadlılığa icazə verildi | Qoyulan şərtlər isə görün nələrdir

Dünya
21 dekabr 2024
Alimlərdən mühüm tapıntı | Bu planetdə şəhər salıb yaşamaq mümkünləşir?

Alimlərdən mühüm tapıntı | Bu planetdə şəhər salıb yaşamaq mümkünləşir?

Dünya
21 dekabr 2024
Teraktın olduğu ərazidə təhlükəsizlik tədbirləri gücləndirildi

Teraktın olduğu ərazidə təhlükəsizlik tədbirləri gücləndirildi

Dünya
21 dekabr 2024
Viktor Orban Ukraynada atəşkəsə ümidlidir

Viktor Orban Ukraynada atəşkəsə ümidlidir

Dünya
21 dekabr 2024
Almaniyada tükürpərdən hadisə: Ölənlər var

Almaniyada tükürpərdən hadisə: Ölənlər var

Dünya
21 dekabr 2024
Gürcüstanın Baş naziri Kobaxidzedən vacib açıqlama

Gürcüstanın Baş naziri Kobaxidzedən vacib açıqlama

Dünya
21 dekabr 2024
Seçilmişlər
icon