Pleyeri seçin:

O, köhnə sevgililəri ilə ancaq… | Maykl Ceksonun keçmiş arvadından qalmaqallı açıqlamalar

10 oktyabr 2024 442 baxış

1994-cü ildə ailə həyatı quran və 2 il sonra boşanan Elvis Preslinin yeganə qızı və pop müğənnisi, Maykl Ceksonun keçmiş həyat yoldaşı Liza Mari Preslinin ölümündən öncə yazmağa başladığı memuarı böyük marağa səbəb olub.

Belə ki, xatirələr toplusunda Liza Mari Presli əfsanəvi ulduzla bağlı gözlənilməz faktları qələmə alıb. Bu barədə o, “Daily Mail” tərəfindən dərc edilən “Buradan Böyük Naməluma” adlı xatirələrində yazıb. Liza Mari Presli Maykl Ceksonla görüşməyə başlayanda dünyaşöhrətli ulduzun bakir olduğunu bildirib.

“Düşünürəm ki, o, sevgili olduğu Tatum O'Nil və Bruk Şildsi sadəcə öpüb. Maykl Madonna ilə də eşq yaşamağa cəhd edib. Bu münasibəti də uğursuz olub”, – deyə Maykl Ceksonun keçmiş həyat yoldaşı Liza Mari Presli qeyd edib.

Liza Mari Presli və Maykl Cekson evlilik illərində övlad sahibi ola bilməsələr də, boşandıqdan sonra dostluq münasibətlərini qoruyub saxlaya biliblər. Bu əlaqə hələ də ictimaiyyətə qəribə görünür. Buna görə də onların evliliyinin razılaşdırılmış olduğu barədə müxtəlif şayiələr yayılıb. Xatirələr toplusunda isə bunun əksi iddia olunur.

Qeyd edək ki, Liza Mari Presli “rok-n-roll” kralı Elvis Preslinin qızı olub. O, 2023-cü ildə 54 yaşında mədə kiçiltmə əməliyyatından sonra bağırsaqlarında yaranan problemə görə vəfat edib. Onun xatirələri ilə bağlı kitabını isə qızı səs yazılarını dinləyərək bitirib.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 442 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 442 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 442 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 442 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 442 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 442 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 442 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 442 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 442 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 442 baxış
Seçilmişlər
icon