Pleyeri seçin:
Odessa sahillərində dəhşətli hadisə | Minaya düşən gəmi barədə təcili məlumat
Ukraynaya aid gəmi Qara dənizdə minaya düşüb. Odessa sahillərinə yaxın ərazidə baş verən hadisə nəticəsində üç nəfər həlak olub, yaralananlar var.
Bu barədə Ukrayna Dəniz Limanları İdarəsi məlumat yayıb.
"Gəmi 11 nəfərlik heyətlə planlı dibdərinləşdirmə işləri aparan vaxt minaya düşüb. Heyətin yaralı üzvləri xəstəxanadadır, onlara lazımi tibbi yardım göstərilir", – deyə məlumatda bildirilib.
Qeyd edək ki, 2024-cü ildə Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizin minalardan təmizlənməsi üçün birgə əməliyyatlar keçirib. Məqsəd Ukraynaya aid taxıl bitkilərinin təhlükəsiz şəraitdə ixracını təmin etmək olub.
Kopyalandı
#Ukrayna teqi istifadə olunub
- “Kiyev danışıqlar prosesinin başlamasına razılıq verib”
- ABŞ və Rusiyanın “böyük güc dünyası” necə dağılır? | Ukrayna və İranın mübarizələri - Baku TV
- Zelenski Ukraynanın Aİ-yə üzvlük prosesindəki son vəziyyəti açıqladı - Baku TV
- Aleksey Getman Putinin Donbasın ələ keçiriləcəyi ilə bağlı fikrini şərh edib
- Ankara masada hansı rolu oynayacaq? | Ekspertlər nələri danışdı? - Baku TV
