Dünya
Pleyeri seçin:
Orbanın Rusiya və Çinə səfərləri qalmaqala səbəb oldu
Avropa İttifaqı ölkələri Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya və Çinə səfərlərindən sonra Macarıstanın Aİ Şurasına 6 aylıq sədrliyini ləğv etməyi düşünür.
Məlumata görə, Aİ-nin səfirləri iyulun 10-da qurumdakı Daimi Nümayəndələr Komitəsinin iclasında Macarıstan Baş nazirinin Moskva və Pekinə səfərini müzakirə edəcəklər.
V.Orbanın yalnız Budapeştin adından çıxış etdiyi barədə bəyanatlara baxmayaraq, Avropa İttifaqı onun səfərləri zamanı Aİ Şurasına Macarıstanın sədrliyinin loqotipindən istifadə etməsindən narazıdır.
Bununla belə, bildirilir ki, Macarıstanın sədrliyini ləğv etmək çətin olacaq, çünki Slovakiya bu cür addımların qarşısını alacaq.
Kopyalandı
Seçilmişlər