Pakistanda dəhşətli hadisə | Ölən və yaralılar var
Rusiyanın Pakistandakı səfiri Albert Xorevi müşayiət edən kortej Hayber-Paxtunxva əyalətində minaya düşüb.
Bu barədə Rusiya diplomatik missiyası məlumat yayıb.
Qeyd olunub ki, sentyabrın 22-də Albert Xorev bir neçə digər diplomatla birlikdə İslamabadda təşkil edilmiş turizm sammitində iştirak edib.
“Rusiya səfirinin korteji Minqora şəhərindən hotelə gedərkən minaya düşüb, nəticədə bir neçə polis əməkdaşı yaralanıb”, – deyə açıqlamada bildirilb.
Məlumata görə, hadisə səbəbindən diplomatlar xəsarət almayıblar. Pakistan Xarici İşlər Nazirliyi isə öz növbəsində açıqlayıb ki, öndə gedən kəşfiyyat dəstəsinin polis maşını kustar üsulla hazırlanmış partlayıcı qurğuya düşüb, nəticədə 1 polis həlak olub, 4 polis isə yaralanıb.
“Diplomatik korpusun bütün nümayəndələri İslamabada sağ-salamat qayıdıblar”, – deyə məlumatda bildirilib.