Pakistanda etiraz aksiyaları başladı
Pakistanın müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasının tərəfdarları və fəalları ölkənin böyük şəhərlərində keçmiş baş nazir və partiya sədri İmran Xanın həbsi ilə bağlı etiraz aksiyalarına başlayıblar.
Nümayişlər İslamabad, Pişəvər, Haripur, Feysəlabad, Ravalpindi, Lahor və ölkənin digər yerlərində keçirilir. Media nümayəndələrinin aksiyaları işıqlandırmasına icazə verilmir.
Partiya tərəfdarlarını dağıtmaq üçün hökumət qüvvələri gözyaşardıcı qaz da daxil olmaqla müxtəlif üsullardan istifadə edirlər.
Qeyd edək ki, mayın 9-da Pakistanın keçmiş baş naziri İmran Xan İslamabadın Ali Məhkəməsinin binasında “Əl-Qadir” şirkətinin vəsaitlərinin mənimsənilməsi işi üzrə saxlanılıb. Hazırda Pakistan məhkəmələrində terror və iğtişaşlar da daxil olmaqla, müxtəlif ittihamlarla ona qarşı onlarla cinayət işi qaldırılıb.
#Pakistan teqi istifadə olunub
- Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi
- Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV
- Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI
- ABŞ Pakistan Ordusunu niyə Qəzzada görmək istəyir? - Baku TV
- Pakistan–Hindistan sərhədində gərginlik | Xüsusi qrup zərərsizləşdirildi
