Dünya
Pleyeri seçin:
Paris blokadaya alınır? | Etirazçıdan Makronu narahat edəcək açıqlama
Fransada etiraz aksiyası keçirən fermerlər paytaxta gedən magistral yolları bağlayaraq Parisə yaxınlaşmaq niyyətində olduqlarını bildiriblər.
Bir neçə həmkarlar ittifaqı bu barədə fikirlərini Baş nazir Qabriel Attalın Fransa Milli Assambleyasında çıxışından sonra açıqlayıb.
“İstiqamətimizi Parisə yönəltmək niyyətindəyik, çünki belə təəssürat yaranıb ki, hökumət paytaxta yaxınlaşana qədər bizi eşitməyəcək”, – deyə etirazçılardan biri bildirib.
Bu arada, Fransada etiraz edən fermerlərin sayı 3 dəfə artaraq 9 minə çatıb. Hökumət aksiyanın sərtləşməsindən və genişlənməsindən ehtiyat edir.
Kopyalandı
Seçilmişlər