Pleyeri seçin:

Ruhların əyləncələr təşkil etdiyi, məzar yerləri üçün sərvət tökülən Siciliya - ORALARDA NECƏDİR?

26 iyul 2024 450 baxış

“Oralarda necədir?” rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Bakıdan 3166 kilometr uzaqlıqda, Aralıq dənizində yerləşən füsunkar təbiəti və maraqlı adətləri ilə yanaşı, Etna vulkanı ilə də məşhur olan Siciliya adasından bəhs olunub.

Yunanıstanın ən gözəl əyaləti hesab edilən Siciliyanın əsası eramızdan əvvəl 8-ci əsrdə karfagenlilər və yunanlar tərəfindən qoyulub.

Siciliyada hələ də qədim saraylar və qəsrlər var. Burada yaşayan əyanların varisləri indi də öz mülkləri ilə qürrələnirlər. Bəzi saraylarda hazırda qraflar, baronlar və digər zadəganlar yaşayırlar. Düzdür, ötən əsrlərdə olduğu kimi, mal-mülkləri və var-dövlətləri olmasa da, titulları qalmaqdadır.

Maraqlı bir məqam da odur ki, belə saraylarda adətən ruhlar dolaşır. Sarayın sahibi deyir ki, bu ruhlar pisniyyətli deyillər və sarayda açıq-aşkar onların varlığını hiss etmək olur. Uzağı nəyisə yerindən tərpədə bilərlər və ya açarları, digər əşyaları gizlədə bilərlər, necə deyərlər, özləri üçün əylənirlər.

Bu adanın xoşniyyətli insanları biri-birinə hədiyyə verməyi, pis və yaxşı gündə birlikdə olmağı yaxşı bacarırlar. Maraqlıdır ki, ən dəyərli hədiyyə isə məzar yeri hesab olunur. Qəbir üçün yer burada 5000-6000 avroyadır, yəni bizim pulla 9196-11035 manata. Ən bahalı yer torpaq üzərində olan məzardır. Məzarlar divardakı yuvalarda da olur. Onların qiyməti isə 300 avroya, yəni 551 manatadır.

İtaliya qanunvericiliyində maraqlı məqamlardan biri odur ki, valideynlər uşaqlarına baxmağa və onların tələbatlarını ödəməyə məcburdurlar. Valideyn övladına hətta 18 yaşından sonra belə baxmalıdır. Nə qədər ki, övlad yanındadır və üstəlik işləmir, deməli, ata-ana onun bütün ehtiyaclarını ödəməlidir.

Burada universitetə daxil olmusansa, xaric olunma söhbəti yoxdur. Hansısa fəndən kəsildikdə və ya kursu uğurla bitirmədikdə gələn il yenidən cəhd etmək imkanı verilir. Elə tələbələr var ki, universiteti 10-15 ilə bitirirlər və bu, qeyri-adi hal sayılmır. 

Ölkədə 6 yeni yoluxma halı qeydə alındı

Ölkədə 6 yeni yoluxma halı qeydə alındı

Dünya
02 oktyabr 2026 450 baxış
Rusiya Pezidenti "Valday"da hansı mesajları verdi?

Rusiya Pezidenti "Valday"da hansı mesajları verdi?

Dünya
02 oktyabr 2026 450 baxış
Putin Kalininqradla bağlı ən sərt ssenarini açıqladı - Baku TV CANLI

Putin Kalininqradla bağlı ən sərt ssenarini açıqladı - Baku TV CANLI

Dünya
02 oktyabr 2026 450 baxış
"Putin özü bunu istəyir" | Rusiya Prezidenti "Valday" çıxışında kritik açıqlamalar verdi - Baku TV

"Putin özü bunu istəyir" | Rusiya Prezidenti "Valday" çıxışında kritik açıqlamalar verdi - Baku TV

Dünya
02 oktyabr 2026 450 baxış
Vaşinqton Tehrana iqtisadi təzyiqi sənaye sektoru üzərindən artırır

Vaşinqton Tehrana iqtisadi təzyiqi sənaye sektoru üzərindən artırır

Dünya
02 oktyabr 2026 450 baxış
Tehran Londonun siyasətindən narazılığını Britaniya səfirinə çatdırıb

Tehran Londonun siyasətindən narazılığını Britaniya səfirinə çatdırıb

Dünya
02 oktyabr 2026 450 baxış
ABŞ regiona əlavə qüvvələr göndərilməsi variantını gündəmdə saxlayır

ABŞ regiona əlavə qüvvələr göndərilməsi variantını gündəmdə saxlayır

Dünya
02 oktyabr 2026 450 baxış
Gübrə tədarükündəki fasilələr ərzaq təhlükəsizliyinə ciddi təsir göstərə bilər

Gübrə tədarükündəki fasilələr ərzaq təhlükəsizliyinə ciddi təsir göstərə bilər

Dünya
02 oktyabr 2026 450 baxış
Tramp administrasiyası ağcaqanadların sayını kəskin azaltmaq üçün yeni qərar verib

Tramp administrasiyası ağcaqanadların sayını kəskin azaltmaq üçün yeni qərar verib

Dünya
02 oktyabr 2026 450 baxış
Koalisiyanın missiyası başa çatır | Qərarın əsl qazananı kim olacaq? - Baku TV

Koalisiyanın missiyası başa çatır | Qərarın əsl qazananı kim olacaq? - Baku TV

Dünya
02 oktyabr 2026 450 baxış
Seçilmişlər
icon