Pleyeri seçin:
Paşinyandan Ermənistanda olanlar barədə açıqlama
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə kilsə ilə dövlət arasında qarşıdurmanın olmadığını bir daha bəyan edib.
Bu barədə Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə danışıb.
Baş nazir bildirib ki, mövcud vəziyyət kilsə–dövlət qarşıdurması kimi təqdim edilə bilməz:
"Burada söhbət kilsə hakimiyyətini qəsb etmiş bir şəxsdən gedir. O, heç bir halda həmin vəzifəni tutmaq hüququna malik deyil. Biz onu layiq olmadığı yerdən uzaqlaşdırmaq üçün qanuni və icazə verilən bütün vasitələrdən istifadə edəcəyik".
O xatırladıb ki, 2025-ci il iyunun 10-da yeni katolikos seçkilərinin təşkili məqsədilə konkret addımlar atacaq Koordinasiya Şurasının yaradılmasını təklif edib.
Kopyalandı
#Ermənistan teqi istifadə olunub
- Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- Robert Köçəryan növbəti açıqlaması ilə gündəmə gəlib
- Ermənistan Baş nazirindən Azərbaycanla bağlı açıqlama - Baku TV CANLI
- Ermənistanın Baş naziri birpartiyalı hökumət qurmağa nail olacaq? - Baku TV
- İran XİN Ağbənd-Kəlalə körpüsünün istifadəyə veriləcəyi tarixi açıqladı - Baku TV
