Pleyeri seçin:

Paşinyanın sensasiyalı planı ifşa edildi? - “Qərb və Türkiyə bunu gözləyir!”

11 iyul 2025 229 baxış

Siyasətçi, Ermənistan parlamentinin keçmiş deputatı Ani Samsonyan Ermənistanın Baş naziri Nikol Paşinyanı tənqid edib.

Sabiq deputatın açıqlaması KP.RU saytında yer alıb.

Onun sözlərinə görə, N.Paşinyan Rusiya ilə bütün müqavimət nöqtələrini aradan qaldırmağa çalışır. İndi Ermənistan lideri nəinki müxalifətlə, hətta keşişlərlə də fəal şəkildə münaqişəyə girir.

Bu barədə ekspert deyib: "İndi onlar elektrik şəbəkələri ilə bağlı məsələni bitirib, dəmir yollarını nəzarətə götürəcəklər. Bəhanə də eyni olacaq – Rusiya ilə əlaqələr. Paşinyanın məqsədi bütün müqavimət nöqtələrini aradan qaldırmaqdır: rus kökənli biznesmenləri, kilsəni. Qərbin və Türkiyənin məqsədi bütün vasitələrlə Rusiyanın təsirini sıxışdırmaqdır".

Erməni şovinizminə yoluxduğu açıq-aşkar bəlli olan politoloq N.Paşinyanın nisbətən loyal münasibətini də aqressiv qarşılayır.

O deyib: "Nikol Paşinyan Türkiyənin Ermənistan dövlətinin özünü məhv etmək üçün çoxdankı planı olması faktını da qəfildən dilə gətirməyi dayandırıb".

Ekspert əmindir ki, hakimiyyəti əldə saxlamaq istəyən N.Paşinyan kimin ona daha çox təminat verməsindən asılı olaraq həm Rusiya, həm də Türkiyə ilə “işləyə” bilər.

Bununla belə, onun fikrincə, hakimiyyət Qarabağın itirilməsində Rusiyanı günahlandıraraq, ictimai rəyi qızışdırmaqda davam edir:

"Mənə elə gəlir ki, hətta ölkəmizin tərəfdaşları belə onun siyasətini başa düşmürlər. Hakimiyyət Ermənistanın Qarabağı itirməsində Rusiyanın günahkar olması fikrini qızışdırır. Gümrüdəki Rusiya hərbi bazasının çıxarılmasından danışmağa başlayıblar. Qərb və Türkiyə yalnız bunu gözləyir".

Gürcülər Patriarx II İliya ilə vidalaşırlar

Gürcülər Patriarx II İliya ilə vidalaşırlar

Dünya
19 mart 2026 229 baxış
İranın zərbəsindən yaşayış binası zədələnib

İranın zərbəsindən yaşayış binası zədələnib

Dünya
19 mart 2026 229 baxış
Tehranda İsrail və ABŞ bayraqları yandırıldı

Tehranda İsrail və ABŞ bayraqları yandırıldı

Dünya
19 mart 2026 229 baxış
Yük gəmiləri Hörmüz boğazından Keniyaya gəldi

Yük gəmiləri Hörmüz boğazından Keniyaya gəldi

Dünya
19 mart 2026 229 baxış
Alimlər “sehrli üçlüyü” tapdılar

Alimlər “sehrli üçlüyü” tapdılar

Dünya
19 mart 2026 229 baxış
İsrailin zərbələrindən sonra Beyrutun mərkəzi

İsrailin zərbələrindən sonra Beyrutun mərkəzi

Dünya
19 mart 2026 229 baxış
İnsanın əhvalını yaxşılaşdıran maddələr aşkarlandı

İnsanın əhvalını yaxşılaşdıran maddələr aşkarlandı

Dünya
19 mart 2026 229 baxış
VI Felipe Madriddə Zelenskini qəbul edib

VI Felipe Madriddə Zelenskini qəbul edib

Dünya
19 mart 2026 229 baxış
Pezeşkian ABŞ və İsrailin İrana zərbələrini qətiyyətlə pislədi - Baku TV

Pezeşkian ABŞ və İsrailin İrana zərbələrini qətiyyətlə pislədi - Baku TV

Dünya
19 mart 2026 229 baxış
İranın cavab addımları regionu genişmiqyaslı müharibəyə aparır? - AKTUAL GÜNDƏM

İranın cavab addımları regionu genişmiqyaslı müharibəyə aparır? - AKTUAL GÜNDƏM

Dünya
19 mart 2026 229 baxış
Seçilmişlər
icon