Pleyeri seçin:
Peruda dəhşətli mənzərə | İnsanlar təxliyə edilir
Peruda tüğyan edən güclü yağışlar daşqınlara səbəb olub.
Ölkənin Tumbes ştatının Aquas Verdes şəhərində 20-yə yaxın evi su basıb.
Bölgəyə aidiyyəti qurumların əməkdaşları ilə yanaşı, silahlı qüvvələrin nümayəndələri də səfərbər olunub. 127 ailə təhlükəli ərazilərdən təxliyə edilib. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Təbii fəlakət zamanı bir çox tikiliyə ziyan dəyib, körpü və magistral yollar dağılıb, mal-qara tələf olub.
Kopyalandı
