Pezeşkian hakimiyyət orqanlarını ölkəni səhv idarə etməkdə ittiham etdi
İran Prezidenti Məsud Pezeşkian hakimiyyət orqanlarının ölkəni idarə etməkdə səhv etdiklərini qəbul etməli olduğunu bildirib.
O, ictimai şikayətləri görməzdən gəlməyin cəmiyyəti yalnız qəzəbə, zorakılığa və yadlaşmaya sövq edəcəyi barədə xəbərdarlıq edib.
"Biz qəbul etməliyik ki, işləri idarə etməkdə səhvlərə yol vermişik. Əgər öz səhvlərimizin fərqinə varmasaq və onları düzəltməyə çalışmasaq, yalnız başqalarını günahlandırsaq, heç bir şeyə nail ola bilməyəcəyik. Dövlət orqanları yoxsul təbəqənin tələblərinə və problemlərinə laqeyd qalsa, ictimai narazılıq artacaq.
Bütün qurumlar və idarəetmə orqanları həssas qrupların tələblərinə və problemlərinə məhəl qoymadıqda, cəmiyyətin zorakılığa, laqeydliyə, ölkədən və dövlətdən uzaqlaşmağa doğru irəliləməməsini gözləyə bilmərik", – deyə M.Pezeşkian bildirib.
#İran teqi istifadə olunub
- Abbas Əraqçidən şok açıqlama | "Cavab tədbirləri görüləcək" - Baku TV CANLI
- Baş Qərargah rəisi xəbərdarlıq etdi | "Müharibə bütün regionu yandıracaq!" - Baku TV CANLI
- Oman görüşü nələri dəyişəcək? | İran və ABŞ niyə razılığa gələ bilmir? - Baku TV CANLI
- İranda ehtimal olunan 20 məkan araşdırılıb | Nüvə obyektlərində son vəziyyət - Baku TV
- "Tehran ABŞ-nin bu istəyini yerinə yetirməyəcək" | Əraqçidən açıqlama - Baku TV CANLI
