Pezeşkiandan nüvə açıqlaması | Zavodların məhvi problemlər yaratmayacaq
“İran ABŞ və İsrail tərəfindən bombalanmış nüvə obyektlərini yenidən inşa edəcək”.
Bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
“Binaların və zavodların məhv edilməsi bizə problemlər yaratmayacaq. Biz onları yenidən inşa edəcəyik və onların imkanları daha böyük olacaq", – deyə Prezident Administrasiyasının rəsmi "Telegram" kanalı Prezidentin sözlərini yayıb.
Xatırladaq ki, İsrail iyunun 13-ü gecə İrana qarşı əməliyyata başlayıb. Onu gizli hərbi-nüvə proqramını həyata keçirməkdə ittiham edib. Hava bombardmanları və hücumlarının hədəfləri nüvə obyektləri, generallar və nüvə sahəsi üzrə tanınmış alimlər olub.
İran ittihamları rədd edib və öz hücumları ilə cavab verib. Tərəflər 12 gün ərzində qarşılıqlı zərbələr endiriblər. Buna iyunun 22-si gecə İranın nüvə obyektlərinə birdəfəlik zərbə endirən ABŞ də qoşulub.
İslam Respublikası iyunun 23-ü axşam ABŞ-nin Qətərdəki "Əl-Üdeyd" bazasına raket hücumu həyata keçirib və İran tərəfinin daha eskalasiyanı davam etdirmək niyyətində olmadığını bildirib. Bundan sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İranın atəşkəs barədə razılaşdığını bildirib.
#Məsud Pezeşkian teqi istifadə olunub
- Pezeşkian onlara xəbərdarlıq etdi | "Bu, İran xalqına qarşı müharibədir!" - Baku TV
- Rusiya bütün regiona yardım göstərməyə davam edir | Peskovdan açıqlama
- Portuqaliya İrandakı səfirliyini bağladı
- İrandakı dağıdıcı vəziyyətin günahkarı kimdir? - Bu şəxslər də etiraza qalxdı! - Baku TV
- Pezeşkian dəstəyə görə xalqına təşəkkür edib - Baku TV
