Dünya
Pleyeri seçin:
PKK lideri barədə gözlənilməz məlumat | Öcalan kritik addımı atacaq?
Türkiyədə həbsdə olan PKK lideri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir.
Bu barədə Türkiyə mediasında məlumatlar yayılıb.
İddia olunur ki, Abdullah Öcalan PKK-çıları silahı yerə qoymağa və Türkiyə ilə uzun illər davam edən silahlı qarşıdurmaya son verməyə çağıracaq.
Mənbələrin verdiyi məlumata görə, A.Öcalanın çağırışı İraqın şimalındakı və Suriyadakı PKK yaraqlılarına, həmçinin təşkilatın Avropadakı tərəfdarlarına ünvanlanacaq. Çağırışın fevral ayında baş tutacağı gözlənilir.
Kopyalandı
Seçilmişlər