Priqojinin "Vaqner"çiləri sarsıdan müəmmalı ölümü
“Vaqner”in Rusiya hökumətinə qarşı üsyan cəhdindən sonra muzdluların liderinin dəyişəcəyi barədə iddialar səsləndirilmişdi.
Rus mediası “Vaqner”in lideri postuna namizədlərin muzdluların liderlərindən hesab edilən Dmitri Utkin və muzdlularla dövlətin bağlantısını təmin edən Andrey Troşev olduğunu yazırdı.
Məlumata görə, Dmitri Utkinin Yevgeni Priqojinlə təyyarə hadisəsində həlak olmasından sonra “Vaqner”in lideri postuna tək namizədin Andrey Troşev olduğu qeyd edilib. D.Utkinin ölümündən sonra A.Troşev “Vaqner”də yeganə lider olaraq qalıb. 61 yaşlı A.Troşev Vladimir Putinin yaxın adamlarından hesab edilir. Bildirilir ki, “Vaqner”in Sankt-Peterburqdakı ofisinin rəhbəri olan 61 yaşlı Andrey Troşev keçmiş komandirdir.
Polkovnik rütbəsi ilə ordudan təqaüdə çıxan A.Troşev əvvəllər DTK-da baş zabit vəzifəsində çalışıb. Əfqanıstan və Çeçenistan müharibələrində komandir kimi xidmət etmiş A.Troşev “Vaqner”in Suriyadakı hərbi strategiyasını hazırlayan komandir olub.
#Rusiya teqi istifadə olunub
- Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI
- Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər
- Viktor Orban Avropa ölkələrinə xəbərdarlıq edib
- Rusiya prezidentinə göndərilən qeyri-adi hədiyyə gündəm oldu - Baku TV
- Məktəbdə qan tökən 9-cu sinif şagirdi barədə təcili xəbər
