Dünya
Pleyeri seçin:
Putin bütün Ukraynanı istəyir ki... | Zelenskidən sensasiyalı açıqlama
“Belarus suverenliyini itirib”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Biz əminik ki, Putini təkcə hansısa ərazi, şəhər, kənd, Krım və ya Donbas maraqlandırmır. O, Ukraynanın tamamilə dağıdılmasında, müstəqil Ukraynanın bütün torpaqlarının Rusiyaya birləşdirilməsində maraqlıdır. O, ya güclə, silahla, ya da siyasi cəhətdən belə edir. Belarusda etdiyi işlər itkisiz və qansız idi.
Putin həm təhlükəsizlik blokuna, həm də Belarus ərazisindəki qoşunlara tam nəzarət edir. Bunun sübutu Rusiya ordusunun hücumu və tammiqyaslı işğalın başlanğıcında Belarus ərazisindən raket zərbəsidir. Yəni bu, müstəqil ölkənin diplomatik işğalı və Belarusun suverenliyinin itirilməsidir", – V.Zelenski qeyd edib.
Kopyalandı
Seçilmişlər