Putin ölkəsi üçün kritik qərarı bu sözlərlə elan etdi
“Digər ölkələrdən sistem asılılığına imkan verə bilmərik. Bu, Rusiya üçün texnoloji, dövlətçilik, hətta suverenlik məsələsidir. Belə olan halda isə ölkəmiz generativ süni intellektə aid bütün məhsullara sahib olmalıdır”.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“İlkin olaraq müəyyən sahələr üçün dil modelləri yaradılmalıdır. Yaradılan modellər də rusiyalı mütəxəssislər tərəfindən idarə edilməlidir. Öz texnologiyalarımızın olması yeganə mühüm faktor deyil. Məhsulların təcrübədə istifadəsi də önəmlidir. Yəni yaradılan texnologiya sənaye, nəqliyyat, səhiyyə, dövlət idarələri və başqa sahələrdə tətbiq olunmalıdır. Süni intellektin inkişafı ilə bağlı milli strategiyanın əsas məqsədlərindən biri yaradılan məhsulu daxili bazara çıxarmaqdır. 2030-cu ilə qədər süni intellekt Rusiya iqtisadiyyatına 11 trilyon rubl xeyir gətirməlidir”, – deyə o qeyd edib.
#Rusiya teqi istifadə olunub
- Azərbaycan üzərindən 560 ton məhsul yola salındı - Baku TV
- Rusiya kosmik aparatları Avropanın məlumatlarını ələ keçirdi
- ABŞ ilə kritik razılıq: Hindistan Rusiya neftindən imtina edir? - Baku TV CANLI
- Ermənistandan Rusiyanın TRIPP-ə qoşulmasına sərt reaksiya
- Zelenskidən növbəti görüşlə bağlı açıqlama | NATO-nun baş katibi Ukraynaya səfər edəcək - Baku TV
