Pleyeri seçin:

Zelenskidən növbəti görüşlə bağlı açıqlama | NATO-nun baş katibi Ukraynaya səfər edəcək - Baku TV

03 fevral 2026 19 baxış

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sənədin hazırlıq prosesinin başa çatdığını bildirib.

O bu barədə fevralın 4-5-də ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli görüşlərin yeni raundundan əvvəl Ukrayna danışıqlar qrupu ilə müşavirədən sonra sosial şəbəkədə qeyd edib.

“Ukrayna nümayəndə heyəti həmçinin ABŞ tərəfi ilə ikitərəfli görüşlər keçirəcək. Ukrayna real addımlara hazırdır. Biz hesab edirik ki, layiqli və uzunmüddətli sülhə nail olmaq mümkündür. ABŞ ilə təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sənəd hazırdır və biz bərpa və iqtisadi inkişaf üzrə sənədlər üzərində işləməyə ümid edirik”, – deyə məlumatda vurğulanıb.

Volodimir Zelenski ötən həftə cümə gecəsi qüvvəyə minən gərginliyin azalması üzrə tədbirlərin əhəmiyyətini vurğulayaraq onların insanların danışıqlar prosesinə və mümkün nəticəyə olan inamını möhkəmləndirməyə kömək etdiyini qeyd edib.

Bu arada, NATO-nun Baş katibi Mark Rütte fevralın 3-də Ukraynaya səfər edəcək. Bu barədə ukraynalı deputat Aleksey Qonçarenko öz “Telegram” kanalında bildirib. Onun sözlərinə görə, Mark Rütte Ali Radada çıxış etməyi planlaşdırır.

Rusiya XİN | "Bu cür addımlar ağır nəticələr verəcək" - Baku TV

Rusiya XİN | "Bu cür addımlar ağır nəticələr verəcək" - Baku TV

Dünya
03 fevral 2026 19 baxış
Rusiya ABŞ ilə razılığa gələ bilmir, Çin işini görür - Baku TV

Rusiya ABŞ ilə razılığa gələ bilmir, Çin işini görür - Baku TV

Dünya
03 fevral 2026 19 baxış
Ankara müharibəni dayandıra biləcəkmi? - Baku TV

Ankara müharibəni dayandıra biləcəkmi? - Baku TV

Dünya
03 fevral 2026 19 baxış
Rusiyanın AZAL təyyarəsini vurduğu "Pantsir-S1" sistemi Ukrayna qarşısında acizdir? | HƏRBİ XRONİKA

Rusiyanın AZAL təyyarəsini vurduğu "Pantsir-S1" sistemi Ukrayna qarşısında acizdir? | HƏRBİ XRONİKA

Dünya
02 fevral 2026 19 baxış
Vaşinqton görüşlərinin pərdəarxası | Donald Tramp İrana qarşı beş əsas tələb irəli sürdü - Baku TV

Vaşinqton görüşlərinin pərdəarxası | Donald Tramp İrana qarşı beş əsas tələb irəli sürdü - Baku TV

Dünya
02 fevral 2026 19 baxış
Qırğızıstanda cinsiyyət dəyişikliyi qadağan edilir

Qırğızıstanda cinsiyyət dəyişikliyi qadağan edilir

Dünya
02 fevral 2026 19 baxış
Türkiyənin siyasi liderlərinin reytinqi açıqlandı

Türkiyənin siyasi liderlərinin reytinqi açıqlandı

Dünya
02 fevral 2026 19 baxış
Rəsmi Tehran sanksiyaların ləğvini tələb edir

Rəsmi Tehran sanksiyaların ləğvini tələb edir

Dünya
02 fevral 2026 19 baxış
Neyrotexnologiya ilə bağlı yazışma yayıldı

Neyrotexnologiya ilə bağlı yazışma yayıldı

Dünya
02 fevral 2026 19 baxış
Ukrayna ilə bağlı danışıqların ikinci mərhələsi nə vaxt keçiriləcək? - Baku TV CANLI

Ukrayna ilə bağlı danışıqların ikinci mərhələsi nə vaxt keçiriləcək? - Baku TV CANLI

Dünya
02 fevral 2026 19 baxış
Seçilmişlər
icon